"Heydər Əliyev prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir"


Digərləri 19 İyn 2017 16:36:00 64 0

"Heydər Əliyev prinsipləri Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir"

"1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili böhran yarandı".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə millət vəkili Fuad Muradov deyib.

O, qeyd edib ki, həmin vaxt ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi: "Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi".

Vətənin belə ağır günündə xalqın Naxçıvandan Heydər Əliyevi Bakıya dəvət etdiyini deyən millət vəkili bildirdi ki, Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı: "Bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb".

F. Muradov deyib ki, Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir: "O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

Beləliklə də, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşmüşdür.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri kimi qeyd etməliyəm ki, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı da öz mənbəyini məhz həmin Qurtuluş günündən götürür. Diqqət yetirsək Azərbaycan gəncliyinin inkişaf - təşkilatlanma prosesini 2 mərhələyə ayırmaq olar. Müstəqiilik dövrünə qədər və müstəqillik dövrü. Müstəqillik dövrünə qədər olan mərhələdə gənclər sovet ideologiyasının daşıyıcıları kimi ümumi prinsiplər əsasına təşkilatlanan bir sosial təbəqə olaraq inkişafa və dəyişikliyə meylli deyildi. Azərbaycanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması gəncləri yenidən təşkilatlanmağa, təəssübkeş dövlətçi və millətçi olmağa sövq etdi. Lakin müstəqillik dövründə gənclər sferasının inkişafının iki mərhələsini fərqləndirmək lazımdır - Pərakəndəlik və təkmilləşmə mərhələləri. Müstəqilliyin ilk illərində Azərbaycan gənci pərakəndə və kütlə Şüuru ilə hərəkət edir, məqamdan istifadə etməyə çalışan - fürsətçi siyasi qruplaşmaların - səriştəsiz AXC- Müsavat cütlüyünün alətinə çevrilirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı gənclər və idman sahəsinin yeni şərəfli səhifəsinin açılmasına səbəb oldu. Gənclik Müstəqillik, Dövlətçilik, Vətənpərvərlik xüsusiyyətlərini daha dərindən yiyələndi, müstəqilliyimizin möhkəmlənməsi naminə iradə nümayiş etdirdi və yenidən mükəmməl şəkildə təşkilatlanmağa başladı və bunu bacardı.

Sözsüz ki, ictimai-siyasi proseslər inkişaf etdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayır. Bunu böyük uzaqgörənliklə hiss edən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin daha səmərəli idarə edilməsi, gənclərin daha mütəşəkkil təşkilatlanması üçün 1994-cü ilin 26 iyulunda Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində əhəmiyyətli işlər həyata keçirilməyə başladı, gənc nəslin intellektual və fiziki inkişafı, onların beynəlxalq platformalarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görüldü, xüsusi dövlət proqramları hazırlandı.

loading...
Moskvada iki elektrik qatarı toqquşub like
  • 19 İyn 16:34  
Dünya Moskvada iki elektrik qatarı toqquşub

Xəsarət alanların sayı dəqiqləşdirilir

arrow Ətraflı
İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım like
  • 19 İyn 16:32  
Digərləri İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım

Artıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur.

arrow Ətraflı
Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb like
  • 19 İyn 16:31  
Dünya Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb

Danışıqların ilk günü tərəflər təşkilati məsələlərə diqqət ayı

arrow Ətraflı
Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında like
  • 19 İyn 16:28  
Digərləri Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı ögey qızını dö

arrow Ətraflı
6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi like
  • 19 İyn 16:25  
Digərləri 6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu

arrow Ətraflı
Fransada 3 erməni deputat seçildi like
  • 19 İyn 16:21  
Dünya Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsind

arrow Ətraflı
"Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO) like
  • 19 İyn 16:19  
Digərləri "Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO)

"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beyn

arrow Ətraflı
Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib like
  • 19 İyn 16:18  
Dünya Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib

Ötən il Putinin canlı yayımını 7 milyondan çox rusiyalı izləmişdi

arrow Ətraflı
"CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı like
  • 19 İyn 16:17  
Digərləri "CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı

""Cənub-Qərb" nəqliyyat dəhlizinin iştirakçıları bu ilin

arrow Ətraflı
"CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı like
  • 19 İyn 16:13  
Kriminal "CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı

Premium kinoteatr "CinemaPlus Ganjlik Mall"-da 2017-cı ildə "Ci

arrow Ətraflı