Erməni kəşfiyyatçısı Naxçıvan ordusunun Dərələyəzə girə biləcəyini açıqladı


Digərləri 19 İyn 2017 16:46:00 57 0

Erməni kəşfiyyatçısı Naxçıvan ordusunun Dərələyəzə girə biləcəyini açıqladı

Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təlimlər Ermənistanda təşvişlə izlənilməkdədir.

Virtualaz.org “Novosti Armeniya” agentliyinə istinadən xəbər verir ki, Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.

“Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır”-kəşfiyyatçı Vartanov deyib.

Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.

“Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı-red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır”-Vova Vartanov deyib.

Kəşfiyyatçı Vova təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir.

loading...
Qarabağdakı PKK terrorçuları ilə bağlı like
  • 19 İyn 16:44  
Digərləri Qarabağdakı PKK terrorçuları ilə bağlı

"Ermənistan həmin terrorçuları pulla satın alır"

arrow Ətraflı
"Biz bunu alqışlaya bilərik" like
  • 19 İyn 16:40  
Digərləri "Biz bunu alqışlaya bilərik"

"Ali və orta ixtisas məktəblərinə may ayında əlavə olaraq aparılan

arrow Ətraflı
Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB? like
  • 19 İyn 16:37  
Digərləri Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?

Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağl

arrow Ətraflı
“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO) like
  • 19 İyn 16:36  
Digərləri “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

İyunun 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının bir

arrow Ətraflı
Moskvada iki elektrik qatarı toqquşub like
  • 19 İyn 16:34  
Dünya Moskvada iki elektrik qatarı toqquşub

Xəsarət alanların sayı dəqiqləşdirilir

arrow Ətraflı
İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım like
  • 19 İyn 16:32  
Digərləri İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım

Artıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur.

arrow Ətraflı
Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb like
  • 19 İyn 16:31  
Dünya Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb

Danışıqların ilk günü tərəflər təşkilati məsələlərə diqqət ayı

arrow Ətraflı
Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında like
  • 19 İyn 16:28  
Digərləri Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı ögey qızını dö

arrow Ətraflı
6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi like
  • 19 İyn 16:25  
Digərləri 6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu

arrow Ətraflı
Fransada 3 erməni deputat seçildi like
  • 19 İyn 16:21  
Dünya Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsind

arrow Ətraflı