“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)


Digərləri 19 İyn 2017 16:36:00 76 0

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

İyunun 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bakı. İyunun 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın iyun təlimi tullantıların azaldılması, təkraremalı və təkraristifadəsi mövzusuna həsr olunub. Təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi izah edilib, bu prosesin Planetimiz, xüsusilə də canlı aləm üçün əhəmiyyəti, insanın təbiətə mənfi və müsbət təsirləri, təbiətin qanunları haqqında geniş məlumat çatdırılıb. "Kiçik ekoloqlar", tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olub, istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər. Təlim müddətində gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində də iştirak ediblər. Qeyd edək ki, "Eko laboratoriya"nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkalardan təkrar emal nəticəsində hazırlanmış bel çantası uşaqların xüsusilə böyük marağına səbəb olub. IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan İyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib. Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib. IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.
loading...
Moskvada iki elektrik qatarı toqquşub like
  • 19 İyn 16:34  
Dünya Moskvada iki elektrik qatarı toqquşub

Xəsarət alanların sayı dəqiqləşdirilir

arrow Ətraflı
İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım like
  • 19 İyn 16:32  
Digərləri İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım

Artıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur.

arrow Ətraflı
Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb like
  • 19 İyn 16:31  
Dünya Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb

Danışıqların ilk günü tərəflər təşkilati məsələlərə diqqət ayı

arrow Ətraflı
Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında like
  • 19 İyn 16:28  
Digərləri Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı ögey qızını dö

arrow Ətraflı
6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi like
  • 19 İyn 16:25  
Digərləri 6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu

arrow Ətraflı
Fransada 3 erməni deputat seçildi like
  • 19 İyn 16:21  
Dünya Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsind

arrow Ətraflı
"Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO) like
  • 19 İyn 16:19  
Digərləri "Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO)

"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beyn

arrow Ətraflı
Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib like
  • 19 İyn 16:18  
Dünya Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib

Ötən il Putinin canlı yayımını 7 milyondan çox rusiyalı izləmişdi

arrow Ətraflı
"CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı like
  • 19 İyn 16:17  
Digərləri "CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı

""Cənub-Qərb" nəqliyyat dəhlizinin iştirakçıları bu ilin

arrow Ətraflı
"CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı like
  • 19 İyn 16:13  
Kriminal "CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı

Premium kinoteatr "CinemaPlus Ganjlik Mall"-da 2017-cı ildə "Ci

arrow Ətraflı