Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında


Digərləri 19 İyn 2017 16:28:00 72 0

Ögey qızını döyə-döyə öldürən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı ögey qızını döyə-döyə öldürməkdə ittiham olunan 37 yaşlı Ağsu rayon sakini Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib.

İttihama görə, ötən il iyulun 28-də işdən evə gələn E.Hacıyev doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gətirib, E.Hacıyev ayaqlarını yuduqdan sonra ləyəni aparmağı ögey qızı, 6 yaşlı Ramilə Abdulxalıqovaya tapşırıb. Uşaq ləyəni qaldırmağa gücü çatmadığından suyu döşəməyə dağıdıb. Bundan əsəbiləşən E.Hacıyev körpəni döyməyə başlayıb. Onun qulağından qaldırıb bir neçə dəfə evin divarına çırpıb. Zərbənin təsirindən Ramilə huşunu itirib. Bunu görən E.Hacıyev uşağın üstünə su töküb. Körpənin özünə gəlmədiyini görən E.Hacıyev onu divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanında qoyaraq tibbi yardım göstərmək üçün aptekə gedib. Lakin 6 yaşlı Ramilə aldığı xəsarətlərdən keçinib.

Qeyd edək ki, E.Hacıyevlə 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva qeyri-rəsmi nikahda yaşayıb.

Hadisədən sonra S.Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə qızının avtomobillə vurulması barədə məlumat verib. Ancaq meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulma nəticəsində yox, zorakılıqla öldürüldüyü müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən E.Hacıyev saxlanılıb.

Törətdiyi cinayət əməlinə görə E.Hacıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən E.Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində ögey qızının pilləkəndən yıxıldığını və aldığı xəsarətdən öldüyünü göstərib.

Şahid qismində dindirilən E.Hacıyevin doğma qızı, 9 yaşlı Həcər Hacıyeva ifadəsində suyun dağılmasına görə Ramilənin atası tərəfindən döyüldüyünü göstərib. Həcərin ifadəsinə görə, atası Ramilənin huşunu itirdiyini görüncə aptekə qaçıb, dərman alıb gətirsə də xeyri olmayıb.

H.Hacıyeva istintaqa ilkin ifadəsində Ramilənin pilləkəndən yıxıldığını deyib. Amma bir neçə gün anası ilə birlikdə qalandan sonra prokurorluğa gedib, hadisəni atasının törətdiyi haqda ifadə verib. Hakim Həcərdən fərqli ifadə verməsinin səbəbini soruşanda “atam Ramilənin pilləkəndən yıxılıb öldüyünü deməyi tapşırmışdı” cavabını verib.

E.Hacıyev doğma qızının keçmiş həyat yoldaşı Bülbül tərəfindən öyrədilərək ona qarşı yalan ifadə verdiyini deyib.

Elnar və Bülbül 2002-ci ildə ailə qurub, 2014-cü ildə ayrılıblar. Onların birgə nikahdan iki övladları var. Uşaqlardan biri anasının, digəri isə atasını yanında qalıb.

Mərhum Ramilənin doğma anası Samirə Yarıyevaya qarşı Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın gəldiyi nəticəyə görə, S. Yarıyeva mütəmadi olaraq uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

S. Yarıyevanın ifadəsindən məlum olub ki, o, dörd uşaqla həyat yoldaşından ayrılandan sonra Bakıya gəlib. Uşaqların üçünü imkansızlıqdan uşaq evinə verib, Ramiləni isə yanında saxlayıb. Ötən ilin yanvarında Elnar Hacıyevlə kafedə tanış olub. Elnar anası Almaz Hacıyevaya onu həyətlərində kirayə qalmaq istəyən qadın kimi təqdim edib. Hadisə baş verən gün S.Yarıyeva işdə olub. İfadəsində göstərib ki, Elnar onun yanında övladına qarşı heç vaxt pis davranmayıb. Hadisə günü zəng vurub onu evə çağırıblar. Evə gəldikdə uşağın pilləkəndən yıxılıb öldüyünü deyiblər.

Məhkəmə prosesi davam edəcək.

loading...
6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi like
  • 19 İyn 16:25  
Digərləri 6 yaşlı ögey qızını divara çırpaçırpa öldürdü, sonra anası ilə sevişdi

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu

arrow Ətraflı
Fransada 3 erməni deputat seçildi like
  • 19 İyn 16:21  
Dünya Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsind

arrow Ətraflı
"Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO) like
  • 19 İyn 16:19  
Digərləri "Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib (FOTO)

"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beyn

arrow Ətraflı
Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib like
  • 19 İyn 16:18  
Dünya Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib

Ötən il Putinin canlı yayımını 7 milyondan çox rusiyalı izləmişdi

arrow Ətraflı
"CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı like
  • 19 İyn 16:17  
Digərləri "CənubQərb" dəhlizi ilə daşınacaq yükün həcmi açıqlandı

""Cənub-Qərb" nəqliyyat dəhlizinin iştirakçıları bu ilin

arrow Ətraflı
"CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı like
  • 19 İyn 16:13  
Kriminal "CinemaPlus Ganjlik Mall" kinoteatrında "Spark"ın təqdimatı

Premium kinoteatr "CinemaPlus Ganjlik Mall"-da 2017-cı ildə "Ci

arrow Ətraflı
Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər yaxalandı like
  • 19 İyn 16:11  
Digərləri Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər yaxalandı

Paytaxtda sintetik narkotik vasitələr hazırlayan və gənclər arasında kimy

arrow Ətraflı
2 nəfər istidən öldü like
  • 19 İyn 16:09  
Dünya 2 nəfər istidən öldü

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbə

arrow Ətraflı
Su anbarlarının içində nə yoxdur: siçovul ölüsü, ayaqqabı tayı... like
  • 19 İyn 16:05  
Digərləri Su anbarlarının içində nə yoxdur: siçovul ölüsü, ayaqqabı tayı...

Sumqayıtda 130 uşağın zəhərlənməsindən sonra mənzillərə çirkl

arrow Ətraflı
Bakı və Abşeronda TƏHLÜKƏLİ VƏZİYYƏT: like
  • 19 İyn 16:05  
Digərləri Bakı və Abşeronda TƏHLÜKƏLİ VƏZİYYƏT:

Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yar

arrow Ətraflı
Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı 12%-ə yüksəlib like
  • 19 İyn 15:59  
İqtisadiyyat Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı 12%-ə yüksəlib

İnvestisiya edilən bank kreditlərinin həcmi illik müqayisədə 31,5% artıb

arrow Ətraflı