"Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir


İqtisadiyyat 19 İyn 2017 15:50:16 52 0

"Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir

Çinin Ninqxia Kommersiya Departamenti ilə gələcək əməkdaşlığa dair protokol imzalanıb

Bu xəbəri də oxu: Neft bahalaşır

“Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ninqxia Kommersiya Departamentinin baş direktor müavini, Ninqxia Liman Ofisinin direktoru Konq Quohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Şirkətdən "Report"a daxil olan məlumata görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.

Sonra beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub.

K.Quohua Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

Görüş zamanı Ələtin coğrafi cəhətdən əlverişli mövqedə yerləşdiyi nəzərə alınaraq buranın Azərbaycan ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eləcə də əks istiqamətdə dövr edən yüklərin daşınmasında mərkəz kimi istifadə olunması istiqamətində gələcək perspektivlər müzakirə olunub.

Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Ninqxia Kommersiya Departamenti arasında gələcək əməkdaşlıq haqqında protokol imzalanıb.

loading...
Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb like
  • 19 İyn 15:48  
Digərləri Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb

Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs

arrow Ətraflı
Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir like
  • 19 İyn 15:44  
Digərləri Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir

Transadriatik qaz kəmərinin (TAP) tikintisi sürətləndirilmiş rejimdə dava

arrow Ətraflı
Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu  VİDEO  FOTO like
  • 19 İyn 15:43  
Dünya Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu VİDEO FOTO

İngiltərənin paytaxtı Londonda məsciddən çıxan müsəlmanların üzərin

arrow Ətraflı
Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib like
  • 19 İyn 15:40  
İqtisadiyyat Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib

Bunun 19 mln. dollarlıq hissəsi "Azexport" portalı vasitəsilə həyata keçi

arrow Ətraflı
"Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir"  Əli Həsənov like
  • 19 İyn 15:39  
Siyasət "Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir" Əli Həsənov

""Qarabağ Araşdırmalar Mərkəzi"nin jurnalistlər üçün tə

arrow Ətraflı
İspaniyada 2 nəfər istidən öldü like
  • 19 İyn 15:38  
Digərləri İspaniyada 2 nəfər istidən öldü

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbə

arrow Ətraflı
Dolların bahalaşacağı gözlənilir like
  • 19 İyn 15:36  
Dünya Dolların bahalaşacağı gözlənilir

Rusiyada ABŞ dollarının məzənnəsinin bu ilin sonunadək 62 rubla, 2018-ci

arrow Ətraflı
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib like
  • 19 İyn 15:35  
Digərləri “Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32

arrow Ətraflı
BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO) like
  • 19 İyn 15:32  
Digərləri BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO)

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusun

arrow Ətraflı
Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi  VİDEO like
  • 19 İyn 15:32  
Şou-biznes Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi VİDEO

Azərbaycanlı aktrisa Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rej

arrow Ətraflı