Bakıda sintetik tərkibli narkotik vasitələr hazırlayan şəxslər tutulub


Sosial 19 İyn 2017 15:52:33 64 0

Bakıda sintetik tərkibli narkotik vasitələr hazırlayan şəxslər tutulub

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sintetik tərkibli narkotik vasitələrin hazırlanması və dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinifinə aid güclü psixotrop təsirə malik olan “JWH” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayə yaşadıqları sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram “JWH” adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin əsasən gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının ayıq-sayıqlığı və operativ şəkildə həyata keçirilən əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu çirkin niyyətlərinin qarşısı vaxtında alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

loading...
Əməkdar artist efirdə ağladı: "Anam adını belə yaza bilmirdi"  VİDEO  FOTO like
  • 19 İyn 15:51  
Şou-biznes Əməkdar artist efirdə ağladı: "Anam adını belə yaza bilmirdi" VİDEO FOTO

ARB TV-də  Faiq Mirzəyevin təqdimatında "Ömrün fəsilləri" v

arrow Ətraflı
"Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir like
  • 19 İyn 15:50  
İqtisadiyyat "Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir

Çinin Ninqxia Kommersiya Departamenti ilə gələcək əməkdaşlığa dair pro

arrow Ətraflı
Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb like
  • 19 İyn 15:48  
Digərləri Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb

Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs

arrow Ətraflı
Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir like
  • 19 İyn 15:44  
Digərləri Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir

Transadriatik qaz kəmərinin (TAP) tikintisi sürətləndirilmiş rejimdə dava

arrow Ətraflı
Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu  VİDEO  FOTO like
  • 19 İyn 15:43  
Dünya Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu VİDEO FOTO

İngiltərənin paytaxtı Londonda məsciddən çıxan müsəlmanların üzərin

arrow Ətraflı
Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib like
  • 19 İyn 15:40  
İqtisadiyyat Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib

Bunun 19 mln. dollarlıq hissəsi "Azexport" portalı vasitəsilə həyata keçi

arrow Ətraflı
"Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir"  Əli Həsənov like
  • 19 İyn 15:39  
Siyasət "Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir" Əli Həsənov

""Qarabağ Araşdırmalar Mərkəzi"nin jurnalistlər üçün tə

arrow Ətraflı
İspaniyada 2 nəfər istidən öldü like
  • 19 İyn 15:38  
Digərləri İspaniyada 2 nəfər istidən öldü

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbə

arrow Ətraflı
Dolların bahalaşacağı gözlənilir like
  • 19 İyn 15:36  
Dünya Dolların bahalaşacağı gözlənilir

Rusiyada ABŞ dollarının məzənnəsinin bu ilin sonunadək 62 rubla, 2018-ci

arrow Ətraflı
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib like
  • 19 İyn 15:35  
Digərləri “Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32

arrow Ətraflı
BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO) like
  • 19 İyn 15:32  
Digərləri BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO)

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusun

arrow Ətraflı
Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi  VİDEO like
  • 19 İyn 15:32  
Şou-biznes Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi VİDEO

Azərbaycanlı aktrisa Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rej

arrow Ətraflı