Əməkdar artist efirdə ağladı: "Anam adını belə yaza bilmirdi" VİDEO FOTO


Şou-biznes 19 İyn 2017 15:51:00 81 0

Əməkdar artist efirdə ağladı: "Anam adını belə yaza bilmirdi"  VİDEO  FOTO

ARB TV-də  Faiq Mirzəyevin təqdimatında "Ömrün fəsilləri" verilişinin budəfəki qonağı əməkdar artist Gülüstan Əliyeva olub. Son.az bildirir ki, əməkdar artist ilk olaraq uşaqlıq illərindən və ailəsindən danışıb: "Atam, anam həmişə çalışıblar ki, yaxşı geyindirsinlər. Evin böyük qızı mən idim, 1-ci paltar mənə alınırdı. Sonra o paltarı verirdim kiçik bacıma, sonra o verirdi o biri bacıma. Bütün bunlara baxmayaraq, biz ailədə düşünməmişik ki, bu şeyimiz yoxdu, kaş bizim də olaydı. Həmişə mən deyirəm ki, həyatımızda heç vaxt, heç bir halda, heç bir formada yeri dəyişməyən yeganə varlıqdı ana". Daha sonra Gülüstan Əliyeva qeyd edib ki, anası onun musiqi təhsili almasının əleyhinə olub: "Anam bizim musiqiyə getməyimizə, ali təhsil almağımıza qarşı idi. Çünki anam çox savadsız idi. Buna baxmayaraq anam bizim təhsilimizin üstündə çox dayanırdı. Anam adını yaza bilmirdi belə. Amma həmişə bizim yaxşı oxumağımız üçün, əyin-başımız üçün, davamiyyətimiz üçün çalışırdı. Amma qızın gedib uzaqda təhsil almasına qarşı idi. Ümumiyyətlə bizim nəslimizdə qız uşaqları oxumayıb. Bizim ailədən başqa ali təhsilli yoxdur. Bəlkə də dövrün tələbi idi, bəlkə də ailələrin görüşü idi bu. Amma Bəxtiyarın gözəl bir sözü var. Deyir ki, mənim şair anam, bəstəkar anam. Adını yaza bilməyən analarımız əslində çox savadlı idilər. Anam o qədər bayatılar, o qədər şeirlər, o qədər hekayələr. Bu insan savadsız olmağına baxmayaraq, o qədər dünya görüşlü, hər şeyin yerini bilən idi. Dastan idi bu insan". Əməkdar artist sonda anasından danışarkən göz yaşlarını saxlaya bilməyib. "Anam ailənin ağırlığını daşıyırdı. Gənc yaşlarımdan çıxıb Bakıya gəlmişdim, indi təəssüf edirəm ki, anamı çox az görmüşəm. Çox sonradan mənə nəsilləri haqqında, Abbasqulu Ağanın qohumları olmağı haqqında danışırdı. Anam o qədər maraqlı söhbətlər danışırdı mən deyirdim ki, ay ana bunların heç birini danışmamısan bizə. Deyirdi ki, ay bala işdən-gücdən vaxt olur ki".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...

Xəbərə aid fotolar

"Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir like
  • 19 İyn 15:50  
İqtisadiyyat "Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir

Çinin Ninqxia Kommersiya Departamenti ilə gələcək əməkdaşlığa dair pro

arrow Ətraflı
Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb like
  • 19 İyn 15:48  
Digərləri Bakıda sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb

Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs

arrow Ətraflı
Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir like
  • 19 İyn 15:44  
Digərləri Yunanıstanın baş naziri: TAP-ın tikintisi sürətləndirilmiş rejimdə davam edir

Transadriatik qaz kəmərinin (TAP) tikintisi sürətləndirilmiş rejimdə dava

arrow Ətraflı
Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu  VİDEO  FOTO like
  • 19 İyn 15:43  
Dünya Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu VİDEO FOTO

İngiltərənin paytaxtı Londonda məsciddən çıxan müsəlmanların üzərin

arrow Ətraflı
Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib like
  • 19 İyn 15:40  
İqtisadiyyat Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə 149 mln. dollarlıq mal ixrac edilib

Bunun 19 mln. dollarlıq hissəsi "Azexport" portalı vasitəsilə həyata keçi

arrow Ətraflı
"Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir"  Əli Həsənov like
  • 19 İyn 15:39  
Siyasət "Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir" Əli Həsənov

""Qarabağ Araşdırmalar Mərkəzi"nin jurnalistlər üçün tə

arrow Ətraflı
İspaniyada 2 nəfər istidən öldü like
  • 19 İyn 15:38  
Digərləri İspaniyada 2 nəfər istidən öldü

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbə

arrow Ətraflı
Dolların bahalaşacağı gözlənilir like
  • 19 İyn 15:36  
Dünya Dolların bahalaşacağı gözlənilir

Rusiyada ABŞ dollarının məzənnəsinin bu ilin sonunadək 62 rubla, 2018-ci

arrow Ətraflı
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib like
  • 19 İyn 15:35  
Digərləri “Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32

arrow Ətraflı
BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO) like
  • 19 İyn 15:32  
Digərləri BDU-da dövlət qulluğu sistemi müzakirə edilib (FOTO)

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusun

arrow Ətraflı
Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi  VİDEO like
  • 19 İyn 15:32  
Şou-biznes Azərbaycanlı aktrisanın qızının türk əri ilə rəqsi VİDEO

Azərbaycanlı aktrisa Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rej

arrow Ətraflı