Bakıda "Nağıl qəhrəmanlarının festivalı” keçiriləcək


Digərləri 07 İyn 2017 20:42:00 37 0

Bakıda "Nağıl qəhrəmanlarının festivalı” keçiriləcək

Festival günlərində nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları “Nağıl qəhrəmanlarının festivalı”na dəvət edəcəklər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də 9 iyun - Beynəlxalq Dostlar Gününü3 günlük festivalla qeyd edəcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, festival günlərində nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları “Nağıl qəhrəmanlarının festivalı”na dəvət edəcəklər.

İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də başa çatacaq.

Festivalın açılışı iyunun 9-da (saat 16.00) baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.

Üç gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.Yeməklərimizə möcüzə qatan “Möcüzə” yağının dəstəyi ilə reallaşacaq rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası da nümayiş olunacaq.

İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.

Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı