Bakı Metropoliteninin "Neftçilər" stansiyasının vestibülləri təmir olunur


İqtisadiyyat 06 İyn 2017 11:23:49 48 0

Bakı Metropoliteninin "Neftçilər" stansiyasının vestibülləri təmir olunur

Elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri görüləcək

"Bakı Metropoliteni" QSC-nin"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.

Qurumdan "Report"a verilən məlumata görə,1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.

"Yeniləşmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək.Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək", - deyə məlumatda qeyd edilir.

Təmir işlərininiki ay ərzində başa çatdırılması nəzərdə tutulur. Xatırladaq ki,2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı