İlham Əliyev: Onu “Əsrin müqaviləsi” adlandırmışdıq, indi mən əsrlərin müqaviləsindən danışıram


Digərləri 01 İyn 2017 13:46:00 80 0

İlham Əliyev: Onu “Əsrin müqaviləsi” adlandırmışdıq, indi mən əsrlərin müqaviləsindən danışıram

“Bu, həqiqətən də tarixi gündür. “Şahdəniz” müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkü

Bunu Prezident İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimindəki çıxışını ingilis dilində davam etdirərkən deyib.

O bildirib ki, BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır: “O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir. Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar “Azəri-Çıraq-Günəşli” müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər.

Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə “Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, “Şahdəniz”dən nəzərdə tutulandan daha çox qaz istehsal ediləcək. Biz “Azəri-Çırağı” “Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram.

Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır. Bir daha sizi təbrik edirəm. Qarşıdakı illərdə sizə uğurlar arzulayıram”.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı