Yaxın gələcəkdə texnologiyalar gözəgörünməz olacaqlar


Digərləri 01 İyn 2017 08:51:00 89 0

Yaxın gələcəkdə texnologiyalar gözəgörünməz olacaqlar

The Verge saytının baş redaktoru və Recode saytının təsisçisi 70 yaşlı Walt Mossberg-in təqaüdə çıxması səbəbilə o, sonuncu həftəlik məqaləsini yazıb. Sonuncu məqaləsində Mossberg, texnologiyaların gələcəyi haqqında fikirlərini əks etdirib. Onun fikrincə 10-20 ildən sonra texnologiyalar demək olar k

Son.az technote.az-a istinadən bildirir ki, Recode saytında dərc olunmuş sonuncu məqaləsində Mossberg öz fikrinə yenidən qayıdıb. Onun sözlərinə əsasən həmin vaxtdan bəri texnologiyalar daha etibarlı və istifadədə sadə, istifadəçilər isə təkmilləşmiş olublar. İndiki zamanda 6 yaşlı uşağa iPad verin və bir neçə müddətdən sonra o özü ondan istifadə edə biləcək. Buna görə də Mossberg-in fikri bir qədər dəyişib. "Personal texnologiyalar istifadədə adətən çox sadədirlər. Əgər bu elə deyilsə, onda bu sizin günahınız deyil". Bununla yanaşı o qeyd edib ki, hal hazırda texnologiyaların inkişafında müəyyən səssizlik hökm sürür.

Smartfon, 10 il bundan öncə ixtira edilib. Lakin həmin vaxtdan bəri onda inqilabi bir dəyişiklik baş verməyib. Axtarış sistemləri, sosial şəbəkələr və bulud hesablayıcı kimi texnologiyalar böyüyür və inkişaf edirlər. Lakin müəyyən mənada onlar da dəyişilməz olaraq qalırlar. Həmin vaxtda isə istehlakçı dronları və robotlar hələki inkişafın ilkin mərhələsindədirlər. 2010-cu ildə iPad-in təqdim olunmasından sonra dünyada baş vermiş ən böyük hadisə "Amazon" şirkətinin Alexa adlı səsli köməkçisi oldu. Ondan sonra buna bənzər texnologiyanı "Google" şirkəti də təqdim etdi. Onun fikrincə bu cür səssizlik sadəcə olaraq yüksək və ani inkişafdan öncəki qısa fasilədir. Mossberg bu prosesi Amerikadakı əyləncə parklarında olan atraksionlarla müqayisə edib. "Qısa ləngimədən sonra atraksion heç olmadığı qədər sürətlə hərəkət etməyə başlayır" - deyə o bildirib. Onun sözlərinə görə bu proses nəticəsində texnologiyalar bizim nəzəri əhatəmizdən yox olaraq ətraf zəka ilə birləşəcəklər. Bu, texnologiyalarla zəngin o ətraf mühitdir hansı ki, istifadəçidən hansısa bacarığı tələb etmədən onun yaxınlıqda olmasına reaksiya verəcək və onunla ünsiyyət quracaq. Bununla yanaşı o bizim gözümüzə görünməyəcək. Mossberg-in sözlərinə əsasən artıq yaxın gələcəkdə bizim ev, ofiz və avtomobillərimiz öz sahibini gözləyəcək xüsusi ötürücülər və texnologiyalar ilə təchiz olunacaq. Lakin onlar ətraf mühitdə gözə çarpmayacaq və adi cihaz kimi görünməyəcəklər. "Sözügedən dünyadan olan bəzi texnologiyaları yaxın 10 ildə, bütün texnologiyaları isə 20 il ərzində görəcəyimi düşünürəm" - deyə Mossberg qeyd edib.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı