Bakıxanovda maşın səkiyə çırpılıb, 3 nəfər xəsarət alıb


Sosial 27 May 2017 07:31:52 61 0

Bakıxanovda maşın səkiyə çırpılıb, 3 nəfər xəsarət alıb

Yaralılardan birinin vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsində yol ilə hərəkətdə olan naməlum markalı minik avtomobili idarəetməni itirərək səkiyə çırpılıb.

Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü Hümbətov Akif Eyvaz oğlu, 1972-ci il təvəllüdlü Babayev Məzahir Süleyman oğlu və 1974-cü il təvəllüdlü Verdiyev Malik Maarif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin məlumatına görə, Babayev Süleymanın vəziyyəti ağır olduğundan, o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı