Eşşəklərin dərisini soyub Çinə satırlar, ətini isə...


Sosial 20 May 2017 10:59:00 79 0

Eşşəklərin dərisini soyub Çinə satırlar, ətini isə...

Eşşəklərn sayının sürətlə və müəmmalı şəkildə azalması, yaxud ət-eşşək ətinin kolbasa sexlərinə verilməsi təkcə Azərbaycanda müzakirə olunan məsələ deyil. “Azadlıq” radiosunun tacik xidmətinin məlumatına görə Orta Asiyanın yoxsul ölkəsi Tacikistanda da eşşəklərin yoxa çıxması halları artıb.

Tacikistan sakini Gülümşoh Şərbətova iki aydır ki, eşşəyinin üzünü görmür. Başqa vaxt bundan çox da narahat olmazdı. Ancaq indi xəbər yayılıb ki, Tacikistanda ulaqlar ölü tapılır. Onların başsız və dərisi soyulmuş cəmdəyi çürüməyə buraxılır.

Xatlon əyalətinin Bulakdəşt kəndindən olan evdar qadın əvvəl buna çox da fikir vermədiyini deyir. Onun sözlərinə görə, bu dağlıq ərazinin camaatı, adətən, iş çox olmayanda eşşəklərini otlağa buraxır. İndi yaz əkinləri başladığından iş çoxalıb. Sharbatova oğlunu heyvan bazarına göndərir ki, bəlkə eşşəyi oralarda görən ola.

Ən pis ssenari odur ki, eşşək pis niyyətli adamların əlinə keçib, onlar onun ətini və başqa hissələrini Çindən gələn alıcılara satıblar. Çində eşşəklərə tələbat sürətlə artmaqdadır. Onların dərisindəki jelatindən Çin xalq təbabətində istifadə olunur. Burada ondan ejiao adlı dərman vasitəsi düzəldilir.

Bu məsələ yanvarda gündəmə gəlib. Həmin vaxt internetdə Tacikistanın şimalındakı Suğd əyalətində başı kəsilmiş və dərisi soyulmuş eşşək cəmdəklərinin çay kənarına atılmasını göstərən video yayılmışdı. Bunun ardınca Tacikistan – Qırğızıstan sərhədində onlarla eşşək cəmdəyinin yükləndiyi yük maşınları saxlanıb. Bu isə Tacikistanda eşşək ətinin qeyri-qanuni satıldığı barədə şayiələrə yol açıb. Polis məsələni araşdırmağa başlayıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, həqiqətən də fərdi dəllallar eşşək gönünü Qırğızıstan ərazisindən keçməklə Tacikistandan Çinə aparırlar.Öldürülən heyvanların ətinin ölkənin qida bazarına daxil olması haqda şayiələr gəzir. Tacik ənənələrinə görə, eşşək əti yeyilmir. Ancaq insanları həm də işin sağlamlıq və heyvanlarla qəddar davranış tərəfləri narahat edir.

Eşşək gönünün və başqa bədən hissələrinin satılmasını yasaqlayan qanunlar olmadığından, polis və müfəttişlər çox zaman sanitar və s. qaydaların pozulmasına istinad etməklə belə sövdələşmələri əngəlləyə bilirlər.Məsələn, ilin əvvəlində ölkənin şimalında 130 eşşəyi daşıyan yük maşını saxlanılarkən, baytarlıq idarəsinin xüsusi icazəsinin olmaması əsas gətirilərək maşın müsadirə edilmişdi.

Ancaq istintaqa yaxın mənbənin bildirdiyinə görə, polis həmin ərazidə 40 eşşəyin öldürülərək dərisinin soyulmasını qeydə alsa da, dərhal tədbir görə bilməyib. Suğd əyalətində yaşayan hüquqşünas Baxtiyor Nasrulloyev deyir ki, tacik qanunları ölkədə nəsli kəsilmək üzrə olan heyvanların öldürülməsini qadağan edir. Ancaq Tacikistanda təsərrüfatlarda geniş istifadə olunan eşşəklər bu kateqoriyaya daxil deyil. Ölkədə onların ümumi sayının 185 mini keçdiyi bildirilir.

Hüquqşünasın sözlərinə görə, eşşəklərin öldürülməsini yasaqlayan qanun olmadığından, bu halları önləməkdən ötrü heyvanlara qəddarlığı qadağan edən qanunlara istinad etmək olar.

Nasrulloyev bu dəhşətli halın qarşısını almağa çağıran yeganə şəxs deyil. Yanvarda dövlət baytarlıq agentliyi baş nazirin müavininə məktubla müraciət edib. Agentlik məktubda eşşəklərin öldürülərək dərilərinin soyulması hallarını sadaladıqdan sonra hökuməti ədaləti bərpa etməyə, bu qeyri-qanuni ticarəti qadağan etməyə, yaxud da tənzimləməyə çağırıb.

Məktubda hətta ölkənin daxili işlər nazirliyi və dövlət təhlükəsizlik komitəsinin də preventiv tədbirlər görərək günahkarları cəzalandırmasının zəruriliyi vurğulanıb.Bütün bunlarla yanaşı, Tacikistan bazarında eşşəklərin qiyməti iki dəfə, bəzi hallarda, hətta dörd dəfə artıb. Bu artım kəndlilər üçün gözlənilməz olub.

"Alıcılar deyirlər ki, eşşəkləri kəsərək dərilərini Çinə satmaq üçün alırlar", – ölkənin şimalındakı Basmanda kəndinin sakini Şarif Nazarov deyir. Onun sözlərinə görə, cavan, güclü eşşəyi indi təqribən 240 dolara satmaq olar. Bir il əvvəl qiymət 120 dollar civarında idi.

Xatırladaq ki, Tacikistan dünyanın ən yoxsul ölkələrindəndir. Ölkədə adambaşına ÜDM 3 min dollar təşkil edir. Əhalinin 36 faizi isə yoxsulluq həddindən aşağı yaşayır. Bu səbəbdən hökumətin çiçəklənən bazarı bağlamaq istəməsi bir qədər şübhə doğurur.

loading...
Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdiriləcək like
  • 20 May 10:58  
Şou-biznes Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdiriləcək

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-d

arrow Ətraflı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir like
  • 20 May 10:56  
İqtisadiyyat Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Şirkət yanacaq-sürtkü materialları, müxtəlif ölçülü burazlar və ilm

arrow Ətraflı
Qızıl bahalaşdı like
  • 20 May 10:56  
Dünya Qızıl bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,69% - 20 804,84 bəndədək, S&P 500

arrow Ətraflı
Qadağan olunmuş zolağa girdikləri üçün 1000-dən çox sürücü cərimələnib like
  • 20 May 10:55  
Digərləri Qadağan olunmuş zolağa girdikləri üçün 1000-dən çox sürücü cərimələnib

Mayın 5-dən bu günə qədər Bakı - 2017 IV İslam Həmrəyliyi ilə əl

arrow Ətraflı
Təmsilçimiz suya tullanma yarışının finalında like
  • 20 May 10:53  
Digərləri Təmsilçimiz suya tullanma yarışının finalında

Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivə

arrow Ətraflı
Usmanov "Arsenal"ın səhmlərini satın almaq istəyir like
  • 20 May 10:52  
İdman Usmanov "Arsenal"ın səhmlərini satın almaq istəyir

Milliyyətcə özbək olan və hazırda Rusiyada yaşayan Əlişir Usmanov "

arrow Ətraflı
Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq like
  • 20 May 10:52  
Digərləri Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi IV İslam Hə

arrow Ətraflı
Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi  Bakı2017 like
  • 20 May 10:48  
Digərləri Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi Bakı2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz

arrow Ətraflı
Məşuqəsinin ərini xüsusi amansızlıqla qətlə yetirmək istədi  VİDEO like
  • 20 May 10:47  
Dünya Məşuqəsinin ərini xüsusi amansızlıqla qətlə yetirmək istədi VİDEO

Türkiyənin Aydınlı rayonununda Erkan T. bir müddət əlaqədə olduğu və

arrow Ətraflı
Hindistanda torpaq sürüşməsi - 14 min zəvvar təhlükədə like
  • 20 May 10:46  
Digərləri Hindistanda torpaq sürüşməsi - 14 min zəvvar təhlükədə

Hindistanın şimalında torpaq sürüşməsi fəsadlara yol açıb.

arrow Ətraflı
Azərbaycanlı aparıcının ailəsində xoş gün  FOTO like
  • 20 May 10:43  
Şou-biznes Azərbaycanlı aparıcının ailəsində xoş gün FOTO

Bu gün aparıcı Aytəkin Mərdanovanın qızının ad günüdür

arrow Ətraflı
İslamiadanın açılış günü neçə sürücü xətdən uzaqlaşdırılıb? like
  • 20 May 10:39  
Digərləri İslamiadanın açılış günü neçə sürücü xətdən uzaqlaşdırılıb?

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 5 sü

arrow Ətraflı
Müğənninin sevgilisi intim səhnələrə çəkildi  FOTO like
  • 20 May 10:38  
Digərləri Müğənninin sevgilisi intim səhnələrə çəkildi FOTO

Elvin "Long Halftime Walk" kinosunda Makenzie Leigh ilə intim səhnələrə ç

arrow Ətraflı
Təmsilçimiz suya tullanma yarışının finalında like
  • 20 May 10:37  
Digərləri Təmsilçimiz suya tullanma yarışının finalında

Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivə

arrow Ətraflı