Bakının tikinti materialları bazarında görünməmiş vəziyyət


İqtisadiyyat 20 May 2017 10:33:00 80 0

Bakının tikinti materialları bazarında görünməmiş vəziyyət

Manatın devalvasiyası iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşmədiyi kimi, tikinti materialları sektorundan da yan keçmədi. Ötən il Azərbaycanda tikinti sahəsi üçün ən çətin illərdən oldu, demək olar ki, bu sahə tənəzzülə uğradı. Bu il hökumət tikinti sahəsini canlandırmaq üçün müəyyən addımlar atıb. Çünki tikinti sektoru bir neçə sektoru öz arxasınca aparır və bu sahənin canlanması, iqtisadiyyatın bir çox sektorlarının inkişafı deməkdir. Əslində yaz mövsümü tikinti sahəsinin qızğın dövrü hesab olunur. Bəs hazırda tikinti materialları bazarında vəziyyət necədir? Canlanma varmı? Bununla bağlı araşdırma aparmaq üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan “Dərnəgül bazarı”na  yollandıq.

 

“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”

Bazarda isə o qədər sakitçilik idi ki, necə deərlər, milçək uçsa səsi eşidilərdi. Bütün mağazalar açıq olsa da, nə alıcı gözə dəyirdi, nə də satıcı. Müştərisizliyə öyrənmiş satıcılar günlərini mağazanın bir küncündə mürgüləməklə keçirirdilər. Alıcıların, yük daşıyan, yük boşaldan fəhlələrin səs-küyündən, maşınların uğultusundan əsər-əlamət yox idi.

Qarşımıza çıxan ilk mağazanın qapısını döydük. Deyəsən, satıcını şirin yuxudan oyatmışdıq. İçəridən gözlərini ovxalaya-ovxalaya çıxan Yadigar adlı satıcı söhbətə gileylə başladı. Dediyinə görə, yanvar ayından satış tamamilə dayanıb. Aylardır alıcı yoxdur, xüsusən günorta saatlarında bazarda “ölüm sükutu” hökm sürür.

“Bu ilin əvvəlindən demək olar ki, alıcı yoxdur. Oturub neyləyək, bütün günü ya telefonla internetdə qurdalanırıq, ya da içəridə mürgüləyirik. Gələn qiymətləri soruşub gedir, axırıncı dəfə “krupniy” alver elədiyim yadıma gəlmir.

 

Bazarda durğunluq olsa da, yeni açılan mağazalara da rast gəldik. Təzə təmirli mağazaların içərisində hər şey var idi, çatışmayan bircə alıcı idi. İllərdir tikinti materialları biznesi ilə məşğul olan Nazimin sözlərinə görə, heç vaxt belə durğunluq görməyib. Mağaza mayın 10-dan açılsa da, hələ alıcı olmayıb:

 

“Neçə ildir işləyirəm, belə şey görməmişdim...”

 

“Alıcı çox zəifdir, satış azalıb. Mən neçə illərdir tikinti materialları mağazası işlədirəm, hələ belə şey görməmişdim. Yerli mallarda artım yoxdur, amma bununla belə,  yaxına gələn yoxdur. Biz ayın 10-dan açılmışıq, amma hələ siftə eləməmişik”, - deyə mağaza sahibi bildirir.

 

Kafel-metlax satışı ilə məşğul olan satıcılar da alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, gələn də qiymətləri soruşub gedir.

“Qiyməti biz qoymuruq, qiyməti malı gətirənlər qoyur. Biz də hansı qiymətə alırıq, üstünə 40-50 qəpik qoyub satırıq. Bahalı malı ümumiyyətlə, alan yoxdur. Ən çox satılan kafel-metlax məhsulları yerli “Gilan” istehsalı olan ucuz kafellərdir. Bunların qiyməti 9-10 manatdır. Bizdə qiyməti 120 manatdan 400 manata qədər olan mozaikalar var. Bunlar təbii mərmərlərdir. Mən son bir ildə bunlardan ancaq bir dəfə  satmışam”, - deyə satıcı Sitarə Rəsulova bildirir.

Satıcı xaricdən gətirilən bütün malların ən azı 6-7 manat bahalaşdığını deyir. Onun sözlərinə görə, ötən il 8 manata alıb 8 manat 50 qəpiyə satdıqları kafel indi 15 manata satılır: “Demək olar ki, iki dəfə bahalaşıb. Biz bunun üstünə nə qiymət qoyaq? Üstəgəl, mağazanın vergisi var, “arenda”sı var, alıcı da yoxdur, işləyə bilmirik”, - deyə satıcı bildirir.

 

“Qiyməti saxlamaq üçün çəkini azaldırlar, keyfiyyəti salırlar”

Satıcı Feyyaz isə deyir ki, müştəriləri qaçırmamaq üçün satıcılar qiyməti artırmaqdan çəkinirlər. “Yanvar ayından satışımız tam dayanıb. Deyirlər gələn aydan düzələcək, gözləyirik. Firmalar qiyməti tənzimləmək üçün qablaşdırmada çəkini azaldırlar. Bəzən keyfiyyətini aşağı salırlar. Çalışırlar ki, qiymət qaxmasın. Çünki qiymət qalxdıqca müştəri qaçır. İnanın, bəzən sutkalarla alıcı olmur. Bu gün ancaq bir kisə sement satmışıq”, - deyə satıcı narazılıq edir.

 

Satıcılar deyirlər ki, nisbətən çox satılan tikinti materialı sementdir. Bazarda kisəsi 5-7 manat arasında dəyişir. Mişar daşı 32-35 qəpik, qum, şebenin kubu 16 manat, armaturun tonu 1100-1200 manat arasında dəyişir. Yerli istehsal olan, yerə döşənən daşların kvadrat metri 6 manat 20 qəpikdir.  Boyaların litri isə 3 manat 60 qəpikdən başlayaraq 5-6 manata qədər davam edir. Yerli istehsal olan alçipan 7 manat 70 qəpiyə, yerli kafel-metlax yapışdırıcısı 5 manata satılır.

Satıcılar deyirlər ki, son vaxtlar ən çox bahalaşan materiallardan biri də taxtadır. Rusiyadan gətirilən taxtanın kubu əvvəllər 250-280 manata satılsa da, hazırda bu qiymət  300 manatdan bahadır.

Çin, Türkiyə, Almaniya, Rusiya istehsalı olan dam örtüklərinin qiymətləri 5 manatdan başlayır və 18 manata qədər davam edir. Satıcılar deyirlər ki, bu tikinti materialının  qiymətləri ötən ilki qiymətlərdən fərqlənmir. Qiymətlərdəki fərq isə örtüyün qalınlığından asılıdır.

Bazarda ən çox tələbat Rusiya istehsalı laminatlaradır. Satıcılar deyirlər ki, müştərilər ucuz olduğuna görə bu məhsulu seçirlər. Laminatlar isə istehsal olunduğu ölkədən və digər keyfiyyətlərdən asılı olaraq 9 manat 50 qəpik-22 manat arasında dəyişir.  

 

Nə cakuzi, nə dəm-dəsgah…

Bazarda hamam aksessuarları satan mağazalarda da alıcıdan çox satıcı gözə dəyirdi. Ən çox müştəri yolunu gözləyənlər isə bahalı hamam aksessuarları, cakuzilər idi. Mağazalarda sadə cakuzinin qiyməti 320 manatdan başlayır.  Satıcılar deyirlər ki, ötən illərlə müqayisədə cüzi qiymət dəyişikliyi olsa da, alıcı tapılmır.

Mağazalarda Çin istehsalı olan unitazlar 80-90 matandan başlayır. “Moyka”lar 360 manatdan 800 manata kimi müxtəlif qiymətə satılır.  

İnşaat materiallarının satıcıları ilə söhbət zamanı onu da öyrəndik ki, tikinti materialları bahalaşsa da, işçi qüvvəsi ucuzlaşıb. Məsələn, əvvəllər günü 20 manata işləyən fəhlələr indi 15-16 manata işləyirlər.

 

Tikinti materialları bazarında durğunluq bir neçə il çəkə bilər – Ekspert

 

Ekspertlər deyirlər ki, adətən tikinti bazarı mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Bu aylarda daxili istehsalda da müəyyən azalmalar müşahidə edilir. Lakin hər il aprel ayında müşahidə olunan canlanma bu il yoxdur, əvəzində aktivlik 12 faiz azalıb. Bunu Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov virtualaz.org-a açıqlamasında bildirib:

“Tikinti materialları sahəsində alqı-satqı çox aşağı düşüb, satıcıların hamısı şikayət edirlər. Bu ən çox xüsusi tikinti təsərrüfatlarında azalmalarla bağlıdır.  Tikinti materiallarının əsas alıcı kontingenti fərdi yaşayış evi tikənlərdir. Adətən əvvəlki illərdə aprel ayında biz aktivliyin artmasını müşahidə  etmişik. Amma son 1 ayda tikinti materialları bazarında alıcı aktivliyi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz aşağı düşüb”, - deyə ekspert bildirir.

Lakin ekspertlər tikinti materialları bazarındakı hazırki durğunluqla bağlı bədbin düşünürlər. Tikinti bazarında durğunluğun hələ yaxın illərdə də davam edəcəyini gözlənilir. İqtisadçı ekspert Qadir İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, hazırda çox lokal layihələr həyata keçirilir, böyük tikinti layihələri dayanıb.

“Ölkədə mənzil tikintisi sahəsində durğunluqdur. Dövlət sifarişli tikintilər dayanıb. Bu durğunluğun yaxın illərdə davam edəcəyi gözlənilir. Hazırda dövlətin tikinti sektoruna kapital qoymaq imkanları məhduddur. Özəl sektorun isə layihələri davam etdirməyə imkanları yoxdur. Hesab edirəm ki, ölkənin iqtisadi və maliyə bazarında sabitlik yaranana qədər bu vəziyyət davam edəcək”.

Ekspert hesab edir ki, tikinti sektorunda canlanmaya nail olmağın yolu  bazara yerli investisiyalar cəlb etməkdən keçir. Yeni investorlar dəvət edərək onlara şərait yaratmaq lazımdır.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

loading...
BakıSumqayıt yolunda "təmizlik"  Yol polisi mövcud vəziyyəti açıqladı like
  • 20 May 10:32  
Digərləri BakıSumqayıt yolunda "təmizlik" Yol polisi mövcud vəziyyəti açıqladı

Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə m

arrow Ətraflı
İspaniya U-17 Avropa çempionatının qalibi oldu like
  • 20 May 10:30  
İdman İspaniya U-17 Avropa çempionatının qalibi oldu

Xorvatiyada 17 yaşadək futbolçular arasında Avropa çempionatı

arrow Ətraflı
Bakı-2017: Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi like
  • 20 May 10:28  
Digərləri Bakı-2017: Hacı Əliyev də vaxtından əvvəl qalib gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz

arrow Ətraflı
Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə bağlı AÇIQLAMA like
  • 20 May 10:28  
Digərləri Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə bağlı AÇIQLAMA

Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobusl

arrow Ətraflı
Qarabağda daha bir erməni əsgəri öldürüldü like
  • 20 May 10:27  
Digərləri Qarabağda daha bir erməni əsgəri öldürüldü

Düşmən ordusu işğal altında olan Dağlıq Qarabağda yenidən itki ver

arrow Ətraflı
Uşu yarışında Vüqar Kərimovdan QƏLƏBƏ like
  • 20 May 10:27  
Digərləri Uşu yarışında Vüqar Kərimovdan QƏLƏBƏ

Azərbaycanın uşu üzrə peşəkar idmançısı Vüqar Kərimov İslamiada ç

arrow Ətraflı
1000dən çox sürücü cərimələndi like
  • 20 May 10:25  
Digərləri 1000dən çox sürücü cərimələndi

Mayın 5-dən bu günə qədər Bakı - 2017 IV İslam Həmrəyliyi ilə əlaqə

arrow Ətraflı
İslamiada çərçivəsində uşu yarışlarından FOTOlar like
  • 20 May 10:24  
Digərləri İslamiada çərçivəsində uşu yarışlarından FOTOlar

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində uşu yarışlarına s

arrow Ətraflı
Tramp ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisini dəyişməyib like
  • 20 May 10:23  
Dünya Tramp ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisini dəyişməyib

O, Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələrinin komandanı olub

arrow Ətraflı
Ermənilər azərbaycanlı əsirlərin görüntülərini yaydılar  VİDEO like
  • 20 May 10:22  
Digərləri Ermənilər azərbaycanlı əsirlərin görüntülərini yaydılar VİDEO

Görüntülərdə azərbaycanca danışan şəxs Kəlbəcərdə olduğunu deyir.

arrow Ətraflı
"Ezel"in aktyoru "İçerde"yə gəldi - foto like
  • 20 May 10:22  
Şou-biznes "Ezel"in aktyoru "İçerde"yə gəldi - foto

Son seriyasına yaxınlaşan "İçerde"yə yeni aktyor daxil olub.

arrow Ətraflı
FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış edəcək like
  • 20 May 10:21  
Digərləri FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış edəcək

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ Senatının

arrow Ətraflı
Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu like
  • 20 May 10:20  
Digərləri Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtə

arrow Ətraflı