İƏT ölkələri Start-up Platforması yaradılıb


Digərləri 20 May 2017 10:09:37 83 0

İƏT ölkələri Start-up Platforması yaradılıb

Kazan şəhərində 26 ölkədən gəlmiş 100-ə yaxın iş adamı və investorların iştirakı ilə “İƏT Gənc İş Adamlarının Forumu” keçirilib.

Bakı. IX Beynəlxalq Kazan İqtisadi Sammiti çərçivəsində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumu və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə bu il artıq 3-cü dəfə Kazan şəhərində 26 ölkədən gəlmiş 100-ə yaxın iş adamı və investorların iştirakı ilə “İƏT Gənc İş Adamlarının Forumu” keçirilib. İƏT Gənclər Forumundan Trend-ə verilən məlumata görə, Start-up layihələrin hazırlanması üzrə İƏT ölkələrindən gəlmiş gənc startapçılar üçün nəzərdə tutulan treninq kurslar da daxil olmaqla, 5 gün davam edən beynəlxalq tədbirin bağlanış mərasimində çıxış edən Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov, son 3 ildə bu sahədə ardıcıl olaraq həyata keçirilən prosesi daha da gücləndirmək üçün hazırlıq işlərınə keçən ildən başlanmış “İƏT Start-Up Platforması”nın yaradılmasını rəsmi olaraq elan ediblər. Son 1 il ərzində pilot layihə kimi online fəaliyyət göstərən platformaya 1000-dən çox gənc iş adamı müraciət edib. Bu layihələrdən 300-ü baxılması üçün müvafiq komissiya tərəfindən nəzərdən keçirilib, onlardan 25-i seçilərək, Kazanda sözügedən Forumda investorlarla bir yerdə müzakirə edilib. 11 ən yaxşı layihənin maliyyələşdirilməsi isə tədbirdə iştirak edən investorlar tərəfindən həyata keçirilib. Artıq geniş və davamlı xarakter almış bu layihənin əhəmiyyətindən bəhs edən İƏT Gənclər Forumunun sədri E.İskəndərov çıxışında sədri olduğu təşkilatın məlum layihəni həyata keçirməklə, əsas strateji məqsədinin gənclər arasında işsizlik səviyyəsinin azaldılması və qlobal təhlükə sayılan radikallığın aradan qaldırılması olduğunu bildirib. E.İskəndərov eləcə də bu yaxınlarda Bakıda keçirilən İƏT Gənclər Zirvəsi və onun qəbul etdiyi yekun qərarlarla bağlı iştirakçılara məlumat verib. Tatarstan prezidenti R.Minnixanov İƏT Gənclər Forumunu qurumun son illər gəncliyin inkişafı ilə bağlı öz üzərinə götürdüyü liderlik roluna görə təbrik edərək, Kazanın bundan sonra da platformaya hər cür dəstək göstərəcəyini bildirib. Forum çərçivəsində keçirilən treninq bölməsində, eləcə də tədbirin son günü keçirilən mətbuat konfransında çıxış edərək iştirakçılarla öz təcrübəsini bölüşən müxtəlif ölkələrdən gəlmiş iş adamları İƏT Gənclər Forumunun həyata keçirdiyi start-up platforması layihəsinin müsəlman gəncliyinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müsəlman gənclərin lazım olan bilik və təhsilin əldə etməsi üçün həm şirkətlərin, həm də ictimai təşkilatların daha aktiv rol oynamasının vacibliyini bildiriblər.
loading...
Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək like
  • 20 May 10:08  
Digərləri Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Son.az-a

arrow Ətraflı
Tvitter istifadəçilərinə şad xəbər like
  • 20 May 10:04  
Digərləri Tvitter istifadəçilərinə şad xəbər

Dünyada məşhur və ən çox istifadəçiləri olan Tvitter sosial şəbəkə

arrow Ətraflı
"Qəbələ" İtaliyada "Milan"a uduzub like
  • 20 May 10:04  
İdman "Qəbələ" İtaliyada "Milan"a uduzub

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsin

arrow Ətraflı
İslamiada çərçivəsində uşu yarışlarından FOTOLAR like
  • 20 May 10:02  
Digərləri İslamiada çərçivəsində uşu yarışlarından FOTOLAR

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün uşu yarı

arrow Ətraflı
İranda prezident seçkiləri like
  • 20 May 10:02  
Dünya İranda prezident seçkiləri

İranda keçirilən prezident seçkilərində hazırkı dövlət

arrow Ətraflı
2 nəfər 14 yaşlı qıza təcavüz etdi like
  • 20 May 09:59  
Dünya 2 nəfər 14 yaşlı qıza təcavüz etdi

Polis 14 yaşlı qıza təcavüz edib, videoya çəkən 21 və 19 yaşlı iki o

arrow Ətraflı
Məşhur aktyorun yas mərasimindən VİDEO  FOTO like
  • 20 May 09:55  
Digərləri Məşhur aktyorun yas mərasimindən VİDEO FOTO

Payidar Tüfekçioğlu son mənzilə yola salınıb

arrow Ətraflı
Milyarder 110 milyona əsər aldı  FOTO like
  • 20 May 09:52  
Digərləri Milyarder 110 milyona əsər aldı FOTO

Mərhum amerikalı rəssam Jan-Mişel Baskiyanın adsız əsəri Nyu-Yorkda keç

arrow Ətraflı
İlham Əliyevin kürəkəni Ramzan Kadırovla bir arada like
  • 20 May 09:50  
Digərləri İlham Əliyevin kürəkəni Ramzan Kadırovla bir arada

Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycan prezidenti İlh

arrow Ətraflı
Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır like
  • 20 May 09:50  
Siyasət Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır

Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurası

arrow Ətraflı
Safurə və ərinin istirahət  fotoları like
  • 20 May 09:49  
Şou-biznes Safurə və ərinin istirahət fotoları

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərh

arrow Ətraflı
Cəbhədə GƏRGİNLİK ARTDI: like
  • 20 May 09:46  
Digərləri Cəbhədə GƏRGİNLİK ARTDI:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bakıda BMW qəfil alovlandı  FOTO like
  • 20 May 09:44  
Digərləri Bakıda BMW qəfil alovlandı FOTO

Badamdar qəsəbəsində yerləşən restoranın yanında 90 ND 019 nömrə ni

arrow Ətraflı