"İslamiada Azərbaycan üçün hərbisiyasi meydanlara çıxış vasitəsidir"


Siyasət 20 May 2017 08:00:00 81 0

"İslamiada Azərbaycan üçün hərbisiyasi meydanlara çıxış vasitəsidir"

"İslamiadanın Bakıda keçirilməsi Azərbaycan üçün yalnız idman hadisəsi deyil, həm də idman arenalarından böyük hərbi-siyasi meydanlara çıxmaq üçün vasitədir".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, ümumiyyətlə dövlət başçısı İlham Əliyevin siyasəti Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə xidmət edir: "Bu gün Azərbaycanda beynəlxalq idman turniri keçirilir, sabah qlobal mədəniyyət tədbiri, daha sonra böyük iqtisadi-biznes forumlar ola bilər. Amma süjet xətti məqsəd, seçilən hədəf dəyişmir. Doğrudur, 2015-ci ildəki Avropa Oyunlarından fərqli olaraq İslam Həmrəyliyi Oyunları nisbətən başqa prinsiplər əsasında təşkil olunub. Yəni burada əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr toplaşıblar. Təəssüf ki, müsəlman dünyasının bir sıra regionlarında ağır münaqişələr var, silahlı qarşıdurma gedir. Biz ölkəmizin çərçivəsində, onun statusunda və beynəlxalq münasibətlər sistemində yerinə uyğun çağırışlar edirik ki, müharibələr etməyin, qan tökməyin, qırğınlar törətməyin, gəlin gücünüzü idman meydanlarında sınayın. Ancaq bu da bir reallıqdır ki, müharibələri aparan, İslam etiqadlı insanları toqquşdurmağı bacaran güc mərkəzləri var və müsəlman qardaşları qarşı-qarşıya səngərlərdə yerləşdiriblər".

Z.Oruc hesab edir ki, Azərbaycan həmrəyliyə xidmət edən bu nüfuzlu tədbir vasitəsilə Ermənistanla da mübarizə aparır: "Çünki beynəlxalq münasibətlər sistemində əhəmiyyətsiz ölkə yoxdur. Hər bir qitədə, hətta Okeaniyada balaca bir ada dövlətinin də səsi, sözü var və onun mövqeyi sadəcə statistik mahiyyət daşımır. Kim bilərdi ki, ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrində saxta "soyqırım" qərarlarını satın alan Ermənistan sonrakı dövrlərdə hansı ölkələrdən dəstək qazanacaq? Yəni ilk addımlar ağlagəlməz, sadə bir ölkədən seçilərək atılır. Ona görə də fikrimcə, prezident İlham Əliyevin ən böyük missiyası bu xalqa əvvəlcə idman cəbhəsində uğurlar qazandırıb onu gələcəyə inandırmaqdır. Etiraf edək ki, birinci Qarabağ savaşında uduzmuşuq. Qarşı tərəfdə bizə qarşı kimin vuruşması, hadisələrin necə inkişaf etməsi tamam ayrı bir söhbətin mövzusudur. Reallıq ondan ibarətdir ki, ərazilərimiz işğal altındadır. Bu millət mədəni, mənəvi, iqtisadi, diplomatik və informativ cəbhədə uğur qazanmalıdır ki, onların hamısı toplanıb bizim bu təcavüzdən, məğlub durumdan çıxmağımızda rol oynasın. Tarixdə də belə nümunələr olub. Mənim fikrimcə, prezident İlham Əliyevin yürütdüyü bu siyasət II Dünya müharibəsindən sonra Konrad Adenauerin Almaniyadakı fəaliyyəti ilə xeyli oxşardır".

Millət vəkili qeyd edib ki, o, Azərbaycan atletlərinin İslamiadadakı uğurlarına hər hansı idmançının əldə etdiyi medal və ya onun qazanacağı maddi məbləğ kontekstindən yox, daha geniş mənzərə şəklində şəklində baxır: "İslamiadanın davam etdiyi vaxtda da cəbhə xəttində gərginlik azalmayıb, əksinə artıb. Çünki görünür erməni tərəfi istəyir ki, Azərbaycanı qeyri-sabit məkan kimi göstərsin və cəbhədəki gərginlik əhval-ruhiyyəsi Bakıya da keçsin. Lakin bu baş tutmur. Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, ölkədə normal həyat davam edir. Beynəlxalq səviyyədə də bunu görürlər. Bir neçə gündən sonra başa çatacaq İslamiadanın da əhəmiyyəti odur ki, Azərbaycan beynəlxalq səviyyədə öz mövqelərini qoruyacaq və daha da gücləndirəcək. Bu xətt ona xidmət edir ki, informasiya məkanında öz həqiqətlərimizi ortaya qoyaq, tərəfdarlarımızı artıraq, dostlarımızın sayını çoxaldaq. Hesab edirəm ki, nəticədə gözlədiyimiz kimi də olacaq".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
“WannaCry”  74 ölkənin sistemini iflic edib like
  • 20 May 07:51  
Digərləri “WannaCry” 74 ölkənin sistemini iflic edib

"Kasperski Laboratoriyası"nın əməkdaşları kibercinayətkarların

arrow Ətraflı
Alimlər "danışan kağız" icad ediblər like
  • 20 May 07:41  
Digərləri Alimlər "danışan kağız" icad ediblər

Miçiqan Universitetinin alimlər qrupu tərəfindən hazırlanmış yastı elas

arrow Ətraflı
Bakıda gənc oğlan güllələnib like
  • 20 May 07:37  
Digərləri Bakıda gənc oğlan güllələnib

Dadaşov Elnura tanımadığı şəxs tərəfindən atəş açılıb

arrow Ətraflı
Samsung soyuducuları səsi anlayacaq like
  • 20 May 07:33  
Digərləri Samsung soyuducuları səsi anlayacaq

Cənubi Koreyanın "Samsung" şirkəti martın sonunda "Bixby&quo

arrow Ətraflı
İki yeni “Panasonic” smartfonu təqdim olundu like
  • 20 May 07:22  
Digərləri İki yeni “Panasonic” smartfonu təqdim olundu

Yaponiyanın "Panasonic" şirkəti "P85" və "Eluga Ray

arrow Ətraflı
Telegramda yenilik var like
  • 20 May 07:11  
Digərləri Telegramda yenilik var

2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin qurucusu Pavel Durov

arrow Ətraflı
İranda prezident seçkilərin ilkin nəticələri açıqlanıb like
  • 20 May 07:01  
Digərləri İranda prezident seçkilərin ilkin nəticələri açıqlanıb

İranda keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

arrow Ətraflı
İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir like
  • 20 May 06:54  
Dünya İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir

O, 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb

arrow Ətraflı
İtaliya təyyarəsi Astanaya təcili eniş edib like
  • 20 May 06:45  
Dünya İtaliya təyyarəsi Astanaya təcili eniş edib

Buna səbəb təyyarədə yaranmış texniki nasazlıq olub

arrow Ətraflı
Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub like
  • 20 May 06:31  
Dünya Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tələfat və dağıntılar barəsində məlumat yoxdur

arrow Ətraflı
Aviabazaya hücum zamanı 141 nəfər öldürülüb like
  • 20 May 05:51  
Digərləri Aviabazaya hücum zamanı 141 nəfər öldürülüb

Liviyada aviabazaya hücumu nəticəsində azı 141 nəfər öldürülüb

arrow Ətraflı
Hərbi əməliyyatlar başlayandan bu günə kimi Mosulu 700 min dinc sakin tərk edib like
  • 20 May 04:55  
Dünya Hərbi əməliyyatlar başlayandan bu günə kimi Mosulu 700 min dinc sakin tərk edib

Əməliyyatın sonuna kimi daha 200 min insanın evlərini tərk edəcəyi gözl

arrow Ətraflı
Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb (FOTO) like
  • 20 May 04:32  
Digərləri Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb (FOTO)

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyat

arrow Ətraflı