Azərbaycan suvenirlər bazarından Çini sıxışdırıb çıxarmaq niyyətindədir


Digərləri 20 May 2017 08:02:00 79 0

Azərbaycan suvenirlər bazarından Çini sıxışdırıb çıxarmaq niyyətindədir

Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti Azərbaycanda suvenir istehsalçılarına Çin məhsulları ilə rəqabət apara biləcək brend məhsulları formalaşdırmağa kömək edəcək

Bakı. Azad Həsənli – Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti Azərbaycanda suvenir istehsalçılarına Çin məhsulları ilə rəqabət apara biləcək brend məhsulları formalaşdırmağa kömək edəcək. Bunu Trend-ə müsahibəsində ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib. Onun sözlərinə görə, bu xidmət ailə biznesinin yaradılmasında insanlara kömək göstərir: “Biz ailə biznesinin dirçəlməsinə yardım edirik və sahibkarları bütün mərhələlərdə dəstəkləyirik. Bu məsələdə vacib məqam odur ki, biz idxal məhsullarına alternativ yaradırıq. Bizim müştərilərimizin hazırladığı bütün məhsullarda yüksək keyfiyyətin təminatçısı – ABAD leyblı olacaq”. O qeyd edib ki, ABAD yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında ailə müəssisələri tərəfindən hazırlanmış suvenirlərin satışı üçün mağaza açmağı planlaşdırır. R.Elçiyevin sözlərinə görə, ABAD-ın ilk mağazası İçərişəhər ərazisində fəaliyyətə başlayıb: “Bizim məhsullarımızı əsasən turistlər alır, amma yerli sakinlər, xüsusilə də başqa ölkələrə öz yaxınlarının və dostlarının yanına gedənlər də onlara maraq göstərir”. O qeyd edib ki, ABAD-ın planları arasına “ABAD Store” onlayn-mağazasının açılması da daxildir. Bundan başqa, saytın müştəriləri üçün alınan məhsulların evə çatdırılması xidmətinin də işə salınması nəzərdə tutulur. R.Elçiyev onu da qeyd edib ki, ABAD ailə biznesinə məhsulların ölkə xaricinə ixrac olunmasında kömək etməyə də hazırdır: “Azərbaycan bazarı böyük deyil. Biz başa düşürük ki, gec və ya tez müştərilərimizin ailə biznesi böyüyə və ixrac səviyyəsinədək çata bilər. Bu halda onlara öz məhsullarını xaricə ixrac etməyə kömək göstərəcəyik”. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
loading...
WhatsApp saxta proqroam yayır like
  • 20 May 08:01  
Digərləri WhatsApp saxta proqroam yayır

"Reddit" forumunun istifadəçiləri internetdə "WhatsApp"

arrow Ətraflı
"İslamiada Azərbaycan üçün hərbisiyasi meydanlara çıxış vasitəsidir" like
  • 20 May 08:00  
Siyasət "İslamiada Azərbaycan üçün hərbisiyasi meydanlara çıxış vasitəsidir"

"İslamiadanın Bakıda keçirilməsi Azərbaycan üçün yalnız idman had

arrow Ətraflı
Bakı-2017: Uşu və zorxana yarışları başlayır - 13-cü günün TƏQVİMİ like
  • 20 May 08:00  
Digərləri Bakı-2017: Uşu və zorxana yarışları başlayır - 13-cü günün TƏQVİMİ

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 13-cü gününə start verilir.

arrow Ətraflı
“WannaCry”  74 ölkənin sistemini iflic edib like
  • 20 May 07:51  
Digərləri “WannaCry” 74 ölkənin sistemini iflic edib

"Kasperski Laboratoriyası"nın əməkdaşları kibercinayətkarların

arrow Ətraflı
Alimlər "danışan kağız" icad ediblər like
  • 20 May 07:41  
Digərləri Alimlər "danışan kağız" icad ediblər

Miçiqan Universitetinin alimlər qrupu tərəfindən hazırlanmış yastı elas

arrow Ətraflı
Bakıda gənc oğlan güllələnib like
  • 20 May 07:37  
Digərləri Bakıda gənc oğlan güllələnib

Dadaşov Elnura tanımadığı şəxs tərəfindən atəş açılıb

arrow Ətraflı
Samsung soyuducuları səsi anlayacaq like
  • 20 May 07:33  
Digərləri Samsung soyuducuları səsi anlayacaq

Cənubi Koreyanın "Samsung" şirkəti martın sonunda "Bixby&quo

arrow Ətraflı
İki yeni “Panasonic” smartfonu təqdim olundu like
  • 20 May 07:22  
Digərləri İki yeni “Panasonic” smartfonu təqdim olundu

Yaponiyanın "Panasonic" şirkəti "P85" və "Eluga Ray

arrow Ətraflı
Telegramda yenilik var like
  • 20 May 07:11  
Digərləri Telegramda yenilik var

2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin qurucusu Pavel Durov

arrow Ətraflı
İranda prezident seçkilərin ilkin nəticələri açıqlanıb like
  • 20 May 07:01  
Digərləri İranda prezident seçkilərin ilkin nəticələri açıqlanıb

İranda keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

arrow Ətraflı
İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir like
  • 20 May 06:54  
Dünya İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir

O, 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb

arrow Ətraflı
İtaliya təyyarəsi Astanaya təcili eniş edib like
  • 20 May 06:45  
Dünya İtaliya təyyarəsi Astanaya təcili eniş edib

Buna səbəb təyyarədə yaranmış texniki nasazlıq olub

arrow Ətraflı
Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub like
  • 20 May 06:31  
Dünya Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tələfat və dağıntılar barəsində məlumat yoxdur

arrow Ətraflı