DİQQƏTLİ OLUN: Qaraciyər xərçənginin ƏLAMƏTLƏRİ bunlardır


Digərləri 19 May 2017 23:42:00 96 0

DİQQƏTLİ OLUN: Qaraciyər xərçənginin ƏLAMƏTLƏRİ bunlardır

Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalıb. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.

Qaraciyər xərçəngi son illər bütün dünyada artmaqdadır. Bu, xərçəng səbəbi ilə ölümlərin içərisində üçüncü yerdə dayanır. Bəs bu xəstəliyin risk faktorları, əlamətləri hansılardır? Son.az xəbər verir ki, terapevt-qastroenteroloq Mətanət Cəfərova ailem.az-a açıqlamasında bildirib ki, qaraciyər xərçəngi yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Həkim deyir ki, xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir: "Özünü xəstə kimi hiss etmək, qarında rahatsızlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də əgər hər hansı bir qaraciyər xəstəliyiniz varsa,  6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir".   M.Cəfərova xəstəliyin risk faktorlarını belə təsnifatlandırıb:   - Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli)    - Anabolik streaoidlərin qəbulu   - Ailəsində qaraciyər xərçəngi olanlar    - Aktiv qaraciyər xəstəliyi ( məsələn yüksək HBV-DNT)   - Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.    Həkim onu da qeyd edib ki, Amerika Qastroenterologiya Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeni araşdırma qəhvənin qaraciyər xərçəngi riskini azaltdığını müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, gündə üç stəkan qəhvə içmək qaraciyər xərçənginə tutulma riskini yüzdə 50 faiz azaldır.

loading...
Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən güllələnib like
  • 19 May 23:40  
Sosial Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən güllələnib

Dadaşov Elnura tanımadığı şəxs tərəfindən atəş açılıb

arrow Ətraflı
Xalq artisti oğlunu evləndirir like
  • 19 May 23:39  
Kriminal Xalq artisti oğlunu evləndirir

Xalq artisti Aftandil İsrafilov sabah oğluna toy edir. 

arrow Ətraflı
Tramp Səudiyyə Ərəbistanına yola düşüb like
  • 19 May 23:36  
Dünya Tramp Səudiyyə Ərəbistanına yola düşüb

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına yola düşüb.

arrow Ətraflı
Çuğundur yarpağı like
  • 19 May 23:33  
Digərləri Çuğundur yarpağı

Çuğundur yarpağının faydası saymaqla bitməyən bir nemətdir. Son.az Fizu

arrow Ətraflı
3 oğul atası özündən 24 yaş kiçik modellə görüşür  FOTO like
  • 19 May 23:27  
Digərləri 3 oğul atası özündən 24 yaş kiçik modellə görüşür FOTO

Britaniyalı musiqiçi Qevin Rossdeylin gənc modellə sevgili olması xəbəri

arrow Ətraflı
Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var like
  • 19 May 23:24  
Dünya Almaniyada qatar relsdən çıxıb, xəsarət alanlar var

Almaniyanın şərqində sərnişin qatarı relsdən çıxıb.

arrow Ətraflı
52 yaşlı Şəki sakini qardaşı tərəfindən vəhşicəsinə döyülüb like
  • 19 May 23:22  
Digərləri 52 yaşlı Şəki sakini qardaşı tərəfindən vəhşicəsinə döyülüb

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyü

arrow Ətraflı
Xalq artisti oğlunu evləndirir - sabah toydur like
  • 19 May 23:19  
Şou-biznes Xalq artisti oğlunu evləndirir - sabah toydur

Xalq artisti Aftandil İsrafilov sabah oğluna toy edir.

arrow Ətraflı
Dərini gözəlləşdirir, həzmi asanlaşdırır like
  • 19 May 23:18  
Digərləri Dərini gözəlləşdirir, həzmi asanlaşdırır

Son.az axşam.az-a istinadən kökün və onun şirəsinin inanılmaz faydalar

arrow Ətraflı
Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən döyülüb like
  • 19 May 23:08  
Sosial Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən döyülüb

Hüseyn Zamanova kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsi

arrow Ətraflı
Azərbaycanın kişi basketbolçuları iki görüşdə qalib gəliblər like
  • 19 May 23:06  
Digərləri Azərbaycanın kişi basketbolçuları iki görüşdə qalib gəliblər

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının

arrow Ətraflı
"Mən həyatın hər üzünü görmüşəm..."  FOTO like
  • 19 May 23:04  
Digərləri "Mən həyatın hər üzünü görmüşəm..." FOTO

"Evlat kokusu" serialında baş rollardan birini canlandıran aktrisa

arrow Ətraflı
52 yaşlı kişini qardaşı döyüb like
  • 19 May 22:58  
Kriminal 52 yaşlı kişini qardaşı döyüb

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyülüb.

arrow Ətraflı