Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb


Sosial 19 May 2017 20:32:00 55 0

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü qeyd olunub

Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbir hər il may ayının üçüncü istirahət günündə qeyd olunan QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə gününə həsr olunub.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Esmira Alməmmədova bildirib ki, bu il qeydiyyata alınan İİV-ə yoluxmuş 107 Azərbaycan vətəndaşından 71-i kişi, 36-sı qadındır: "Bu il QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Bu il İİV-ə yoluxanların 10 nəfəri parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə baş verib. 39 nəfərin yoluxma yolu müəyyənləşdirilmə mərhələsindədir".

O deyibki, Azərbaycanda ilk dəfə İİV-infeksiyası 1987-ci ildə aşkar edilib: "Bu ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı kişi, 1473-ü qadındır".

Onun sözlərinə görə, İİV-lə yaşayan insanlardan 45,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2 faizində heteroseksual, 2 faizində isə homoseksual kontakt nəticəsində olub: "1,9 faiz anadan uşağa keçməklə, 0,02 faizdə donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4 faizində yoluxma yolu müəyyən edilməyib".

Mərkəzin direktoru diqqətə çatdırıb ki,QİÇS-lə Mübarizə Mərkəzində 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 115 nəfərə müalicə bu il ərzində başlanılıb: "İİV-ə yoluxmuş insanda 6 il ərzində xəstəlik özünün büruzə verməyə bilər. Yoluxma halı ancaq qan analizi nəticəsində müəyyən olunur".

Tədbirin sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olunub.

loading...
Kürdəmirdə narkotik tərkibli bitki əkibbecərən şəxs saxlanıldı like
  • 19 May 20:29  
Digərləri Kürdəmirdə narkotik tərkibli bitki əkibbecərən şəxs saxlanıldı

Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan

arrow Ətraflı
Paytaxtda minik avtomobili yanıb like
  • 19 May 20:24  
Digərləri Paytaxtda minik avtomobili yanıb

Bakının Xəzər rayonunda vətəndaşa məxsus minik avtomobili yanıb.

arrow Ətraflı
63 min adama "məzar" olan xəstəxanada indi onların ruhu gəzir  FOTO like
  • 19 May 20:24  
Dünya 63 min adama "məzar" olan xəstəxanada indi onların ruhu gəzir FOTO

Xəstəxanalar, ümumi olaraq sevilən yerlər hesab edilmir. Ölümün qoxusunu

arrow Ətraflı
"Evlat kokusu" serialının aktrisası:"İnsan bəlli bir yaşa çatdıqda..." like
  • 19 May 20:23  
Şou-biznes "Evlat kokusu" serialının aktrisası:"İnsan bəlli bir yaşa çatdıqda..."

"Evlat kokusu" serialında baş rollardan birini canlandıran aktrisa Yeşim Sal

arrow Ətraflı
BVF Rusiya iqtisadiyyatına qeyri-qənaətbəxş proqnoz verib like
  • 19 May 20:22  
İqtisadiyyat BVF Rusiya iqtisadiyyatına qeyri-qənaətbəxş proqnoz verib

Beynəlxalq Valyuta Fondu (IMF) Rusiya iqtisadiyyatının ortamüddətli per

arrow Ətraflı
Bakıda 25 yaşlı qadın döyüldü və zorlandı like
  • 19 May 20:20  
Digərləri Bakıda 25 yaşlı qadın döyüldü və zorlandı

Polisə zorlama ilə bağlı növbəti müraciət daxil olub. Zorlamanın qurban

arrow Ətraflı
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb like
  • 19 May 20:14  
Sosial Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb

Akademiya fəaliyyət göstərdiyi 20 il ərzində Təhsil Nazirliyinin akkredit

arrow Ətraflı
Əməliyyat zamanı şişin içindən görün nə çıxdı...  FOTO like
  • 19 May 20:12  
Dünya Əməliyyat zamanı şişin içindən görün nə çıxdı... FOTO

Türkiyədə yağ toxuması şişinin kəsilməsi əməliyyatı keçirilib.

arrow Ətraflı
Tennisçilərimizdən 2 medal like
  • 19 May 20:11  
İdman Tennisçilərimizdən 2 medal

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil e

arrow Ətraflı
Bakı-2017: 3X3 basketbol komandalarımız 1/4 finalda like
  • 19 May 20:07  
Digərləri Bakı-2017: 3X3 basketbol komandalarımız 1/4 finalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 3X3 basketbol komanda

arrow Ətraflı
Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı like
  • 19 May 20:05  
Digərləri Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl m

arrow Ətraflı
20 polis əməkdaşı qarət olundu like
  • 19 May 20:04  
Dünya 20 polis əməkdaşı qarət olundu

Meksikada 3 silahlı şəxs Akapulkodan Mexikoya gedən 20 polis əməkdaşını

arrow Ətraflı