“Xalq Əmanəti” layihəsi bu dəfə tanınmış rəssam Kamal Əhmədə həsr olunub


Digərləri 19 May 2017 19:38:00 150 0

“Xalq Əmanəti” layihəsi bu dəfə tanınmış rəssam Kamal Əhmədə həsr olunub

Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin on beşinci nəşri Azərbaycanın tanınmış rəssamı, əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunub.

Bakı. Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin on beşinci nəşri Azərbaycanın tanınmış rəssamı, əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunub. Kamal Əhməd oğlu Əhmədov 1940-cı il fevralın 28-də Bakı şəhərində anadan olub. Erkən yaşlarında valideynlərini itirən balaca Kamal uşaq evində tərbiyə alır, çətin və məşəqqətli tale yaşayır. Rəssamlığa həvəsi onu Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, o, Kamalı çox bəyənir və ona kömək edir. Kamal Əhməd lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Səttar Bəhlulzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli və mürəkkəbdir. Kamal Əhmədin rəng dünyasını hər hansı bir rəssamın koloriti ilə səhv salmaq mümkün deyil, halbuki o, sevimli rəssamlarının dəst-xəttini, bəzən də onların süjet sırasını və palitrasını sınamağa cəhd edirdi. Bu da təbiidir, çünki onlar eyni dövr və məkanda yaşayıb-yaratmış, eyni mənbədən qaynaqlanmışlar. Kamal Əhməd yaxınları, dostları, həmfikirləri olmasına baxmayaraq həyat yolunda tənha səyyah kimi tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı haqqında heç bir müzakirəyə yol vermir, daxili aləmini hamıdan gizlədirdi. O, öz qəlbini yalnız kətan üzərindəki obrazları vasitəsi ilə, öz-özü ilə sonsuz ünsiyyətdə ifadə edirdi. Kətan üzərində uydurulmuş dünya onun doğma aləmi idi və o müəyyən fikirlərini təsvirlərdə şifrələmiş, illər ərzində müxtəlif assosiasiyalar yaradan metafora, simvol və işarələrdən ibarət xüsusi dil formalaşdırmışdı. O, əmin idi ki, incəsənəti yalnız və yalnız duymaq olar. Onu izah, şərh etməyin lüzumsuzluğunu, rəssamın şəxsiyyətini, onun dünyagörüşünü anlamaq üçün açar axtarmağın, onu dərindən hiss etməyin, qəlbindəki çağırışına canlı, səmimi cavab tapmağın vacibliyini vurğulayırdı. Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanan, digər böyük mütəfəkkirlərdən sitatlar gətirən, üfüq xətti kimi xəyali və əlçatmaz həqiqət axtarışında əsl dərvişə çevrilən rəssam yoxsulluq, səfalət içində yaşayır, uzun müddət sənətkar kimi nə şöhrət tapır, nə də ad-san – buna baxmayaraq dünyanın heç bir naz-neməti onu əsl sənət yolundan dönməyə məcbur edə bilmir. Və nəhayət ilk fərdi sərgisini 1987-ci ildə keçirməyə müvəffəq olan rəssam ömrünün son illərində ideoloji əngəlləri aşıb yaradıcılığını geniş tamaşaçının seyrinə təqdim edə bildi. Kamal Əhmədin əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, böyük muzey və qalereyalarda qorunub saxlanılır. “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür. Rəssamın əsərlərinin ekspozisiyası may ayının 20-dən başlayaraq Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
loading...
Masallıda 20 yaşlı qız özünü körpüdən atdı like
  • 19 May 19:37  
Digərləri Masallıda 20 yaşlı qız özünü körpüdən atdı

Masallıda 20 yaşlı qız özünü körpüdən ataraq intih

arrow Ətraflı
İqtisadiyyat naziri Goranboyda vətəndaşlarla görüşəcək like
  • 19 May 19:36  
İqtisadiyyat İqtisadiyyat naziri Goranboyda vətəndaşlarla görüşəcək

Qəbulda ətraf rayonların da sakinləri iştirak edə bilərlər

arrow Ətraflı
16 il davam edən sevgi  FOTO like
  • 19 May 19:30  
Şou-biznes 16 il davam edən sevgi FOTO

Vaxtilə "Ceyms Bond" filmlərinin ulduzu olan Pierce Brosnanla həya

arrow Ətraflı
Ukraynanın baş naziri hökumətə etimad məsələsinin müzakirəsini təklif edib like
  • 19 May 19:27  
Dünya Ukraynanın baş naziri hökumətə etimad məsələsinin müzakirəsini təklif edib

Vladimir Qroysman: “Mən hökumətin parlament qarşısında hesabat verməsin

arrow Ətraflı
29 polis əməkdaşı qarət olundu like
  • 19 May 19:23  
Digərləri 29 polis əməkdaşı qarət olundu

Naməlum şəxslərin kimliyi araşdırılır.

arrow Ətraflı
İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı like
  • 19 May 19:18  
Digərləri İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev ölkədə ipəkçiliyi

arrow Ətraflı
Kaka: "Braziliya millisi dünya çempionatının favoritlərindən olacaq" like
  • 19 May 19:18  
İdman Kaka: "Braziliya millisi dünya çempionatının favoritlərindən olacaq"

"Orlando City"nin ulduz futbolçusu Kaka Leite Braziliya millisini 2018 mu

arrow Ətraflı
Elnarə tanınmışların geyimini tənqid etdi: like
  • 19 May 19:18  
Şou-biznes Elnarə tanınmışların geyimini tənqid etdi:

Şou-biznes əhli qatıldıqları məclisdə hər dəfə fərqli geyimdə, tərz

arrow Ətraflı
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb like
  • 19 May 19:15  
Digərləri Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının akkreditasiyası keçirilib.

arrow Ətraflı
Tarix İnstitutu: Azərbaycanın soyqırım zamanı məruz qaldığı itkilər dəqiqləşdiriləcək like
  • 19 May 19:11  
Sosial Tarix İnstitutu: Azərbaycanın soyqırım zamanı məruz qaldığı itkilər dəqiqləşdiriləcək

Yaqub Mahmudov: "Antiazərbaycan nəşrlərində və informasiya məkanında öl

arrow Ətraflı
"Kiralık aşk"ın ulduzundan evlilik açıqlaması like
  • 19 May 19:06  
Digərləri "Kiralık aşk"ın ulduzundan evlilik açıqlaması

İki ildirn sevgili olan aktyor Barış Arduç və aktrisa Gupse Özayın bu yay

arrow Ətraflı
İranda səsvermənin müddəti uzadıldı like
  • 19 May 19:02  
Dünya İranda səsvermənin müddəti uzadıldı

İranda prezident seçkiləri ilə bağlı səsvermənin müddəti&nbs

arrow Ətraflı
Bakıda yol polisi qəzaya düşdü  FOTO like
  • 19 May 19:00  
Digərləri Bakıda yol polisi qəzaya düşdü FOTO

Bakının Neftçilər prospektində, "Abşeron" mehmanxanasının yax

arrow Ətraflı