150 ölkənin alimi UNEC-də toplaşıb (FOTO)


Digərləri 19 May 2017 17:58:00 61 0

150 ölkənin alimi UNEC-də toplaşıb (FOTO)

UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib.

Bakı. UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib. Universitetdən Trend-ə verilən məlumata görə, ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla 150 ölkənin elm adamları iştirak edib. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalıdır. UNEC-in rektoru, professor Ədalət Muradov nüfuzlu konfransa Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Rektor həyatın bütün sahələrində biliyin ön plana çıxdığını vurğulayaraq, müasir dövrdə əksər dövlətlərin cəmiyyətlərini “bilik cəmiyyəti” konsepsiyasının, iqtisadiyyatlarını isə “bilik iqtisadiyyatı” konsepsiyasının tələbləri istiqamətində qurmağa çalışdıqlarını diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2025-ci ilə qədər olan dövr ölkədə bilik tutumlu iqtisadiyyata keçid dövrü kimi xarakterizə edilir və “təhsil-elm-istehsal” üçbucağının qarşılıqlı inteqrasiyası əsasında bilik iqtisadiyyatının formalaşdırılması nəzərdə tutulur”. Rektor bildirib ki, universitetlər təkcə iqtisadçı kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların həllinin formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Müasir dövrdə universitetlər bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamaqla, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaradır. Onlar bu funksiyasını əsasən ixtisaslı mütəxəssislərin hazırlanması, yeni biliklərin yaradılması, tətbiqi və ötürülməsi yolu ilə reallaşdırır. İstanbul Sabahattin Zaim Universitetinin professoru, konfransın baş koordinatoru İbrahim Güran Yumuşak 2002-ci ildən keçirilən Bilik, İqtisadiyyat və Menecment Konfransının türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olduğunu bildirib. Türkiyənin və digər ölkələrin nüfuzlu universitetlərində təşkil edilən konfransın bu dəfə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də keçirilməsinin ənənənin davamı olduğunu diqqətə çatdırıb. Türkiyə Katılım Bankları Birliyinin baş katibi Osman Akyüz “İslam iqtisadiyyatı, islam bankçılığı”, AMEA-nın müxbir üzvü, akademik Qorxmaz İmanov “Milli, sosial və insan kapitalının qiymətləndirilməsi modelləri”, UNEC-in professoru Əlican Babayev “Sənaye cəmiyyəti konsepsiyasının təkamülü kontekstində iqtisadi nəzəriyyə və siyasi iqtisad”, İstanbul Universitetinin professoru Veysəl Bozkurt “Kapitalizmin dəyişən mədəniyyəti” mövzularında məruzə ilə çıxış ediblər. Sonra “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nın təşkilatçılarına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub. Konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edəcək konfransda ictimai elmlərin bütün sahələri üzrə alim və gənc tədqiqatçılar on bölmədə aktual məsələlər barədə elmi araşdırmalar aparacaq, 80-dək məruzə dinləniləcək. Əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc ediləcək. UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
loading...
Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib like
  • 19 May 17:55  
Digərləri Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib

Sahibkarlar Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə 22 may 2017-ci il t

arrow Ətraflı
"ÜAKın ləğvi siyasi məqsəd güdür" like
  • 19 May 17:55  
Siyasət "ÜAKın ləğvi siyasi məqsəd güdür"

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (Ü

arrow Ətraflı
Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb like
  • 19 May 17:53  
Digərləri Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb

Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiya

arrow Ətraflı
Baloğlan Əşrəfov: "O insan məni həyata qaytardı" like
  • 19 May 17:52  
Şou-biznes Baloğlan Əşrəfov: "O insan məni həyata qaytardı"

"Adı gərək yiyəsi də daşıya bilsin. Mən öz adımı layiqincə daş

arrow Ətraflı
Mazzari: "İngilis futboluna daxildən baxmaq maraqlı idi" like
  • 19 May 17:50  
İdman Mazzari: "İngilis futboluna daxildən baxmaq maraqlı idi"

Tanınmış italiyalı mütəxəsis Valter Mazzari mövsüm başa &c

arrow Ətraflı
DİM-dən Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı xəbərdarlıq like
  • 19 May 17:46  
Digərləri DİM-dən Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı xəbərdarlıq

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak

arrow Ətraflı
Gəncədə müəmmalı bıçaqlanma like
  • 19 May 17:46  
Digərləri Gəncədə müəmmalı bıçaqlanma

Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirili

arrow Ətraflı
20 yaşlı qız özünü körpüdən atdı like
  • 19 May 17:43  
Digərləri 20 yaşlı qız özünü körpüdən atdı

Masallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib.

arrow Ətraflı
Azərbaycanlı ABŞın ən uğurlu biznesmeni seçildi  FOTO like
  • 19 May 17:40  
Digərləri Azərbaycanlı ABŞın ən uğurlu biznesmeni seçildi FOTO

ABŞ-ın nüfuzlu jurnallardan biri olan "Dayton Business Journal" 201

arrow Ətraflı
Bakı-2017: Stolüstü tennisçimiz gümüş medal qazandı like
  • 19 May 17:37  
Digərləri Bakı-2017: Stolüstü tennisçimiz gümüş medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları da

arrow Ətraflı
Deputat: ÜAK-ın ləğvi siyasi məqsəd güdür like
  • 19 May 17:37  
Digərləri Deputat: ÜAK-ın ləğvi siyasi məqsəd güdür

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qe

arrow Ətraflı
11 aylıq körpə ipdən sallanmış halda tapıldı like
  • 19 May 17:36  
Digərləri 11 aylıq körpə ipdən sallanmış halda tapıldı

Göyçayda azyaşlı körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar bəl

arrow Ətraflı
Bakı İslam aləminin mayakına döndü like
  • 19 May 17:34  
Siyasət Bakı İslam aləminin mayakına döndü

Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı q

arrow Ətraflı