Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib


Siyasət 19 May 2017 17:28:09 59 0

Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib

“Ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”

Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Ali Məhkəməsinə müraciət edib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılıb.

Qeyd olunub ki, prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulayıblar.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən də 15 ildir əməkdaşlıq etdikləri ÜAK-ın qeydiyyatının Rusiya Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur: “Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.

loading...
SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib like
  • 19 May 17:26  
İqtisadiyyat SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

Bu həcmin 495 mln. kubmetri aprel ayında hasil olunub

arrow Ətraflı
SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib like
  • 19 May 17:22  
İqtisadiyyat SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib

Bu həcmin 613 min tonu aprel ayında hasil olunub

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 19 May 17:22  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 22.05.2017-ci il tarixinə

arrow Ətraflı
Avropanın İNTİHAR STATİSTİKASI like
  • 19 May 17:21  
Kriminal Avropanın İNTİHAR STATİSTİKASI

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alın

arrow Ətraflı
Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı like
  • 19 May 17:19  
Digərləri Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yar

arrow Ətraflı
Mayın 22-nə manatın məzənnəsi like
  • 19 May 17:18  
Digərləri Mayın 22-nə manatın məzənnəsi

Mayın 22-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı like
  • 19 May 17:17  
Dünya Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu&

arrow Ətraflı
"O evlərdə heç kim yaşamır" like
  • 19 May 17:16  
Digərləri "O evlərdə heç kim yaşamır"

Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadis

arrow Ətraflı
"Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq" like
  • 19 May 17:15  
İdman "Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq"

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi q

arrow Ətraflı
Kənan məşhur aktyorun dəfnində - fotolar like
  • 19 May 17:13  
Şou-biznes Kənan məşhur aktyorun dəfnində - fotolar

Dünən dünyasını dəyişən aktyor Payidar Tüfekçioğlu dəfn olunub.

arrow Ətraflı
“Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ like
  • 19 May 17:12  
Digərləri “Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ

Abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.

arrow Ətraflı
Rusiya sərhədə tərəzi qoydu, like
  • 19 May 17:11  
Digərləri Rusiya sərhədə tərəzi qoydu,

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsind

arrow Ətraflı
Daşkəsən Rayon İcra Hakimiyyəti güclü küləyin törətdiyi fəsadlarla bağlı məlumat yayıb like
  • 19 May 17:09  
Sosial Daşkəsən Rayon İcra Hakimiyyəti güclü küləyin törətdiyi fəsadlarla bağlı məlumat yayıb

Hazırda dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər ap

arrow Ətraflı