Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının məhkəməsində zərərçəkmiş polislər ifadə verib


Sosial 19 May 2017 17:29:50 74 0

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının məhkəməsində zərərçəkmiş polislər ifadə verib

Dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktının nəticə hissəsini elan edib.İttihama münasibət bildirən T.Abdullayeva özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra iclasda əvvəlcə zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul olunub.

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova vəsatətlə çıxış edərək, bu işin iki hissəyə ayrılmasını istəyib. O vəsatətində qeyd edib ki, əvvəlcə saxta sənəd düzəltmək və dələduzluq ittihamı üzrə araşdırılma aparılsın, daha sonra polisə müqavimət ittihamına baxılsın.

Vəsatət təmin edilməyib.

Prosesdə zərərçəkmiş qismində 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov ifadə verib. O, ötən ilin iyunun ayının 17-də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan T.Abdullayevanı saxlamaq əmri verildiyini bildirib: "Bölmədə onun barəsində məcburi gətirilmə haqda qərar vardı. Biz də Təyminə Abdullayevanın yaşadığı mənzilə getdik. O, bizə etiraz etdi. Bacısı və bacısı qızı da üstümüzə hucüm çəkdi. Təyminə Abdullayerva dırnaqları ilə qollarıma xəsarət yetirdi və o, bizə müqavimət göstərdi".Digər zərərçəkmiş, polis əməkdaşı - Orxan Babayev də O.Məmmədovla oxşar ifadə verib.

Məhkəmənin növbəti prosesi mayın 24-nə təyin edilib.

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

loading...
Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib like
  • 19 May 17:28  
Siyasət Baybakov Fondu ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib

“Ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilat

arrow Ətraflı
SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib like
  • 19 May 17:26  
İqtisadiyyat SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

Bu həcmin 495 mln. kubmetri aprel ayında hasil olunub

arrow Ətraflı
SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib like
  • 19 May 17:22  
İqtisadiyyat SOCAR bu il 2,5 mln. ton xam neft hasil edib

Bu həcmin 613 min tonu aprel ayında hasil olunub

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 19 May 17:22  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, 22.05.2017-ci il tarixinə

arrow Ətraflı
Avropanın İNTİHAR STATİSTİKASI like
  • 19 May 17:21  
Kriminal Avropanın İNTİHAR STATİSTİKASI

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alın

arrow Ətraflı
Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı like
  • 19 May 17:19  
Digərləri Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yar

arrow Ətraflı
Mayın 22-nə manatın məzənnəsi like
  • 19 May 17:18  
Digərləri Mayın 22-nə manatın məzənnəsi

Mayın 22-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı like
  • 19 May 17:17  
Dünya Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu&

arrow Ətraflı
"O evlərdə heç kim yaşamır" like
  • 19 May 17:16  
Digərləri "O evlərdə heç kim yaşamır"

Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadis

arrow Ətraflı
"Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq" like
  • 19 May 17:15  
İdman "Çempionat həmişə olduğu kimi, avqust ayında başalayacaq"

- Bildiyiniz kimi, son 2 mövsüm Premyer Liqanın keçirilməsi q

arrow Ətraflı
Kənan məşhur aktyorun dəfnində - fotolar like
  • 19 May 17:13  
Şou-biznes Kənan məşhur aktyorun dəfnində - fotolar

Dünən dünyasını dəyişən aktyor Payidar Tüfekçioğlu dəfn olunub.

arrow Ətraflı
“Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ like
  • 19 May 17:12  
Digərləri “Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ

Abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.

arrow Ətraflı
Rusiya sərhədə tərəzi qoydu, like
  • 19 May 17:11  
Digərləri Rusiya sərhədə tərəzi qoydu,

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsind

arrow Ətraflı