"ÜAKın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur"


Siyasət 19 May 2017 16:44:00 68 0

"ÜAKın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur"

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır, nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğundur".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, Rusiyadakı bəzi siyasi texnoloqlar yanlış strateji düşüncəyə sahibdirlər: "Hələ də qonşu ölkələrlə üfiqi deyil, şaquli münasibətlərin qurulmasını vacib hesab edirlər. Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır və bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: "Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktordur. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır".

Deputat hesab edir ki, Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir "ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Görünür, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın azərbaycanəsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də bu təşkilatı ləğv etmək iki ölkə arasında mövcud olan körpünü dağıtmaqdır. Bunda isə yalnız Rusiyanı və Azərbaycanı sevməyən qüvvələr maraqlı ola blər. Bu qüvvələr də erməni lobbisi və Rusiyada bu lobbinin fəaliyyətini dəstəkləyən marginal siyasi - istisadi qruplardır. Ümumiyyətlə bəzi antiazərbaycançı mərkəzlər ÜAK-ı ölkəmizə qarşı siyasi təzyiq vasitəsinə çevirmək istədilər, ancaq buna nail ola bilmədilər. Rusiyadakı bəzi siyasi texnoloqlar Azərbaycanı sadəcə olaraq qonşu, Ermənistanı isə əsas müttəfiq və Qafqazdakı hərbi bazaları kimi görürlər. Ancaq faktlar və rəqəmlər, iqtisadi dövriyyə və beynəlxalq münasibətlərdə iki ölkənin əməkdaşlığı tamamilə fərqli reallığın olduğunu göstərir. Əlbəttə belə əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundr. Ona görə də Rusiyanın Ali məhkəməsi bu yanlış qərarını nə qədər tez düzəltsə, bir o qədər yaxşı olar".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Dmitri Medvedev Türkiyəyə gedir like
  • 19 May 16:43  
Dünya Dmitri Medvedev Türkiyəyə gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Yunan azarkeşlər Taksimdə dava saldılar: yaralılar var (VİDEO) like
  • 19 May 16:42  
Digərləri Yunan azarkeşlər Taksimdə dava saldılar: yaralılar var (VİDEO)

Basketbol üzrə dördlər turniri (Final Four) üçün İstanbula gələn bir q

arrow Ətraflı
"Bu futbolçuların məşqçisi olduğuma görə fəxr edirəm" like
  • 19 May 16:42  
İdman "Bu futbolçuların məşqçisi olduğuma görə fəxr edirəm"

Filipp Lam və Xabi Alonso "Bayern Munich"in futbolçusu kimi sonuncu dəf

arrow Ətraflı
Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub like
  • 19 May 16:39  
Dünya Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub

Deputat Azamat Arapbayev: "Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəyd

arrow Ətraflı
Gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır  FOTO like
  • 19 May 16:39  
Digərləri Gömrük əməkdaşı vətəndaşları gözlədib özü oyun oynayır FOTO

Hər kəs Heydər Əliyev adına Hava Limanındakı Dövlət Gömrük Postunun

arrow Ətraflı
Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu like
  • 19 May 16:37  
Digərləri Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə sax

arrow Ətraflı
Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər  FOTO like
  • 19 May 16:36  
Kriminal Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər FOTO

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük

arrow Ətraflı
Mədət Quliyev və oğlu təqdimatda –  fotolar like
  • 19 May 16:33  
Şou-biznes Mədət Quliyev və oğlu təqdimatda – fotolar

Xəbər verdiyimiz kimi, aparıcı Hacı Nuran Hüseynov tərəfindən təsis ed

arrow Ətraflı
Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı like
  • 19 May 16:32  
Digərləri Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəq

arrow Ətraflı
Bakıda ana küçədə 5 yaşlı oğlunu vəhşicəsinə döydü  VİDEO like
  • 19 May 16:32  
Digərləri Bakıda ana küçədə 5 yaşlı oğlunu vəhşicəsinə döydü VİDEO

Bakıda sərxoş ana 5 yaşlı oğlunu vəhşicəsinə döyüb.

arrow Ətraflı
Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu  FOTO like
  • 19 May 16:28  
Şou-biznes Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu FOTO

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb.

arrow Ətraflı
BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir like
  • 19 May 16:27  
Digərləri BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşl

arrow Ətraflı