Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı


Digərləri 19 May 2017 16:32:00 87 0

Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtmobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.

Virtualaz.org xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində “Platon sistemi”inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.

Nəhayət dağıstanlı sürücülərin tətili yerli hökumətlə danışıqlardan sonra dayandırıldı. Dağıstan hökuməti “Platon sistemi”inin ləğvinə dair sürücülərin əsas tələbini yerinə yetirmək səlahiyyətində olmasa da Azərbaycanla sərhəddə çəki nəzarətinin gücləndirilməsini təmin etməyə söz verdi. Çünki dağıstanlı sürücülər bildirirdi ki, Azərbaycandan gedən TIR-lar yükü normadan artıq vururlar və nəticədə haqsız rəqabət yaranır.

Mayın 11-də Dağıstan hökumətinin iclasında tətil etmiş sürücülərlə razılaşmaların yerinə yetirilməsi məsələləri müzakirə olunub. Nazirlər kabinetinin sədri Abdusamid Həmidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanla sərhəddəki postlarda çəki nəzarəti avadanlıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verilib. Qərara alınıb ki, normadan artıq yük daşıyan avtomobillərlə bağlı məsələ respublika ərazisində nizamlanacaq.

Və belə görünür ki, həmin müşavirədən sonra Dağıstanın Azərbaycanla sərhəddəki nəzarət postlarında TIR-ların daşıdığı yüklə bağlı çəki nəzarəti gücləndirilib. Virtualaz.org əməkdaşı Rusiyaya pomidor ixrac edən sahibkarlardan biriylə söhbətləşib, mənbə deyib ki, bir neçə gündür 23 tondan artıq yük vuran Azərbaycan maşınları Rusiyaya buraxılmır. 

Nəticədə Azərbaycandan Rusiyaya pomidor daşıyan və normadan artıq yük vuran avtomobillərdən yükün artıq hissəsi boşaldılır, Rusiyaya ixrac olunmaq üçün qablaşdırılmış pomidorlar daxili bazara yönəldilir. Və bunun nəticəsində cəmi bir neçə gün əvvəl Bakı bazarlarında kiloqramı 4-5 manata satılan pomidor 3 dəfə ucuzlaşıb, hazırda kiloqramı 1 manat 30 qəpik-1 manat 50 qəpik arasında dəyişir.

Sahibkarın dediyinə görə, onlar yükü əvvəlcədən qablaşdırmışdılar və Rusiyaya yola salmaq üçün yükləyəndə məlum olub ki, sərhəddə çəki nəzarəti gücləndirilib. Nəticədə daşınma xərclərinin artması sahibkarların Rusiyaya ixrac etdikləri pomidordan əldə edəcəkləri gəlirə təsir edib, onlar malın artıq hissəsini daxili bazarlara yönəldiblər.

loading...
Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu  FOTO like
  • 19 May 16:28  
Şou-biznes Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu FOTO

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb.

arrow Ətraflı
BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir like
  • 19 May 16:27  
Digərləri BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşl

arrow Ətraflı
Tanınmış cütlük ikinci dəfə ayrıldı like
  • 19 May 16:25  
Şou-biznes Tanınmış cütlük ikinci dəfə ayrıldı

Aktrisa Hande Erçel aktyor sevgilisi Ekin Mert Daymazdan ayrılıb.

arrow Ətraflı
Dağıstanda quldur dəstəsinin başçısı və üç köməkçisi məhv edildi like
  • 19 May 16:25  
Digərləri Dağıstanda quldur dəstəsinin başçısı və üç köməkçisi məhv edildi

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümləd

arrow Ətraflı
Britaniya homoseksualları Ermənistandan üstün tutdu like
  • 19 May 16:24  
Dünya Britaniya homoseksualları Ermənistandan üstün tutdu

Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağını

arrow Ətraflı
Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur like
  • 19 May 16:22  
Digərləri Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qəra

arrow Ətraflı
Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi like
  • 19 May 16:20  
Dünya Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən &quo

arrow Ətraflı
Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb like
  • 19 May 16:17  
İqtisadiyyat Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb

Braziliya ilə yanaşı Türkiyə, Rusiya və CAR-da maliyyə aktivləri ucuzla

arrow Ətraflı
Dmitri Medvedev Türkiyəyə gedir like
  • 19 May 16:16  
Digərləri Dmitri Medvedev Türkiyəyə gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək like
  • 19 May 16:15  
Şou-biznes Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Sə

arrow Ətraflı
Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...” like
  • 19 May 16:14  
Digərləri Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...”

"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev

arrow Ətraflı
Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu like
  • 19 May 16:12  
Digərləri Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə sax

arrow Ətraflı