Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu


Digərləri 19 May 2017 16:37:00 106 0

Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb.

APA-nın xəbərinə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Vüqar Zahiroviçin 2016-cı ilin oktyabrında rayonun Çiləgir kənd sakini Güləliyev Fərrux Narif oğluna məxsus mağazadan 400 manat məbləğində müxtəlif adlı siqaret oğurladığı aşkarlanıb.

Onun tanışı Cavadov Tural Dəstəbək oğlu ilə birlikdə 2017-ci il fevralın 15-18-də Qusar şəhər sakini Qədirov Abubəkir Hacı oğluna məxsus yaşayış evindən oğurluq etdiyi müəyyənləşib. İki dost evdən hər birinin dəyəri 800 manat olan 3 ədəd “Sony” markalı televizor, ümumi dəyəri 800 manat olan iki ədəd planşet, qiyməti 250 manat olan “playstation” oyun modemi və disklərini, qiyməti 200 manat olan gitara, 50 manat dəyərində bir qulaqcıq, 100 manatlıq səs gücləndirici aparat, hər birinin dəyəri 50 manat olan 2 ədəd suvenir xəncər və bıçaq, digər ev əşyalarını oğurlayıblar. Ümumilikdə iki dost A. Qədirovun evindən 4330 manat dəyərində əşyalar oğurlayıblar.

Sonra V. Zahiroviç T. Cavadov və Vəlibəyov Murad Yavəroviçlə əlbir olaraq bu il martın 17-də rayonun Gədəzeyxur kənd sakini Cəbrayılov Habil Novruzəli oğluna məxsus yaşayış evinin qarşısında olan 38 BD 139 dövlət nömrə nişanlı “Qazel” markalı maşını qaçırıblar.

Martın 19-da V. Zahiroviç T. Cavadovla birlikdə Qusar şəhər sakini Əmrahov Eldar Balamət oğluna məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Əliyarov Azad Yunus oğluna məxsus 10 EX 656 dövlət qeydiyyatlı “Qaz 3110” markalı maşını qanunsuz ələ keçiriblər.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.

loading...
Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər  FOTO like
  • 19 May 16:36  
Kriminal Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər FOTO

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük

arrow Ətraflı
Mədət Quliyev və oğlu təqdimatda –  fotolar like
  • 19 May 16:33  
Şou-biznes Mədət Quliyev və oğlu təqdimatda – fotolar

Xəbər verdiyimiz kimi, aparıcı Hacı Nuran Hüseynov tərəfindən təsis ed

arrow Ətraflı
Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı like
  • 19 May 16:32  
Digərləri Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəq

arrow Ətraflı
Bakıda ana küçədə 5 yaşlı oğlunu vəhşicəsinə döydü  VİDEO like
  • 19 May 16:32  
Digərləri Bakıda ana küçədə 5 yaşlı oğlunu vəhşicəsinə döydü VİDEO

Bakıda sərxoş ana 5 yaşlı oğlunu vəhşicəsinə döyüb.

arrow Ətraflı
Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu  FOTO like
  • 19 May 16:28  
Şou-biznes Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu FOTO

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb.

arrow Ətraflı
BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir like
  • 19 May 16:27  
Digərləri BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gəlir

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşl

arrow Ətraflı
Tanınmış cütlük ikinci dəfə ayrıldı like
  • 19 May 16:25  
Şou-biznes Tanınmış cütlük ikinci dəfə ayrıldı

Aktrisa Hande Erçel aktyor sevgilisi Ekin Mert Daymazdan ayrılıb.

arrow Ətraflı
Dağıstanda quldur dəstəsinin başçısı və üç köməkçisi məhv edildi like
  • 19 May 16:25  
Digərləri Dağıstanda quldur dəstəsinin başçısı və üç köməkçisi məhv edildi

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümləd

arrow Ətraflı
Britaniya homoseksualları Ermənistandan üstün tutdu like
  • 19 May 16:24  
Dünya Britaniya homoseksualları Ermənistandan üstün tutdu

Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağını

arrow Ətraflı
Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur like
  • 19 May 16:22  
Digərləri Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qəra

arrow Ətraflı
Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi like
  • 19 May 16:20  
Dünya Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən &quo

arrow Ətraflı