Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək


Şou-biznes 19 May 2017 16:15:00 41 0

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.


Tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliyin Mədəniyyət və turizm müşavirliyindən Axşam.az-a verilən məlumata görə, səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük,Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq.
 
Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.



loading...
Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...” like
  • 19 May 16:14  
Digərləri Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...”

"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev

arrow Ətraflı
Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu like
  • 19 May 16:12  
Digərləri Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə sax

arrow Ətraflı
"Kəpəz"də yeni təyinat like
  • 19 May 16:10  
İdman "Kəpəz"də yeni təyinat

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub. Goal.

arrow Ətraflı
Azərbaycanda məşhur hotel bağlandı like
  • 19 May 16:10  
Digərləri Azərbaycanda məşhur hotel bağlandı

Şamaxıda yerləşən "Samaxi Palace Sharadil" otel bağlanıb.

arrow Ətraflı
Daşkəsəndə güclü külək: like
  • 19 May 16:08  
Digərləri Daşkəsəndə güclü külək:

Bu gün günorta saatlarında Daşkəsən rayonunda əsməyə başlayan güclü

arrow Ətraflı
Rusiyadakı qazaxlar ÜAKı müdafiə etdilər like
  • 19 May 16:04  
Siyasət Rusiyadakı qazaxlar ÜAKı müdafiə etdilər

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qazax diasporu"

arrow Ətraflı
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır like
  • 19 May 16:01  
Dünya Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölə

arrow Ətraflı
Azərbaycanda 5 ulduzlu otel bağlandı like
  • 19 May 16:00  
Digərləri Azərbaycanda 5 ulduzlu otel bağlandı

Şamaxıda yerləşən “Samaxi Palace Sharadil” otel bağlanıb.

arrow Ətraflı
"Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar" like
  • 19 May 15:59  
Digərləri "Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar"

"Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara alud

arrow Ətraflı
Məryəm Üzerlini əsəbiləşdirən sual: "Ondan danışmayın!" like
  • 19 May 15:57  
Şou-biznes Məryəm Üzerlini əsəbiləşdirən sual: "Ondan danışmayın!"

Almaniyalı aktrisa Məryəm Üzərli sevgilisi Alp Özcanla bağlı suala hirsl

arrow Ətraflı
Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yayıb like
  • 19 May 15:56  
Digərləri Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yayıb

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu”nun Mo

arrow Ətraflı
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər like
  • 19 May 15:54  
Digərləri Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 242 nəfər

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası ilə əlaqədar öl

arrow Ətraflı
Turist qadının ayağı eskalatorun arasında qaldı  FOTO like
  • 19 May 15:54  
Dünya Turist qadının ayağı eskalatorun arasında qaldı FOTO

Dünən axşam 18.00-da İstanbulun Taksim metrosunda yaşlı bir turist qadın

arrow Ətraflı