Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur


Digərləri 19 May 2017 16:22:00 73 0

Deputat: ÜAK-ın ləğvi nə Rusiya, nə də Azərbaycanın maraqlarına uyğundur

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qərardır, nə Rusiyanın nə də Azərbaycanın maraqlarına uyğundur.

Bakı. Elçin Mehdiyev - “Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi qərardır, nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına uyğundur”. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat vurğulayıb ki, Rusiyadakı bəzi siyasi texnoloqlar yanlış strateji düşüncəyə sahibdirlər: “Hələ də qonşu ölkələrlə üfiqi deyil, şaquli münasibətlərin qurulmasını vacib hesab edirlər. Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir”. H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır və bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: “Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya eyni zamanda postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktordur. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır”. Deputat hesab edir ki, Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir “ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”. Görünür, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın azərbaycanəsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də bu təşkilatı ləğv etmək iki ölkə arasında mövcud olan körpünü dağıtmaqdır. Bunda isə yalnız Rusiyanı və Azərbaycanı sevməyən qüvvələr maraqlı ola blər. Bu qüvvələr də erməni lobbisi və Rusiyada bu lobbinin fəaliyyətini dəstəkləyən marginal siyasi - istisadi qruplardır. Ümumiyyətlə bəzi antiazərbaycançı mərkəzlər ÜAK-ı ölkəmizə qarşı siyasi təzyiq vasitəsinə çevirmək istədilər, ancaq buna nail ola bilmədilər. Rusiyadakı bəzi siyasi texnoloqlar Azərbaycanı sadəcə olaraq qonşu, Ermənistanı isə əsas müttəfiq və Qafqazdakı hərbi bazaları kimi görürlər. Ancaq faktlar və rəqəmlər, iqtisadi dövriyyə və beynəlxalq münasibətlərdə iki ölkənin əməkdaşlığı tamamilə fərqli reallığın olduğunu göstərir. Əlbəttə belə əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundr. Ona görə də Rusiyanın Ali məhkəməsi bu yanlış qərarını nə qədər tez düzəltsə, bir o qədər yaxşı olar”. Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
loading...
Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi like
  • 19 May 16:20  
Dünya Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən &quo

arrow Ətraflı
Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb like
  • 19 May 16:17  
İqtisadiyyat Braziliyada siyasi problemlər maliyyə böhranı yaradıb

Braziliya ilə yanaşı Türkiyə, Rusiya və CAR-da maliyyə aktivləri ucuzla

arrow Ətraflı
Dmitri Medvedev Türkiyəyə gedir like
  • 19 May 16:16  
Digərləri Dmitri Medvedev Türkiyəyə gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək.

arrow Ətraflı
Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək like
  • 19 May 16:15  
Şou-biznes Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Sə

arrow Ətraflı
Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...” like
  • 19 May 16:14  
Digərləri Mədət Quliyev: “Turistlər Azərbaycana ona görə gəlirlər ki...”

"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev

arrow Ətraflı
Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu like
  • 19 May 16:12  
Digərləri Qusarda silsilə oğurluq edən dəstə ifşa olundu

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə sax

arrow Ətraflı
"Kəpəz"də yeni təyinat like
  • 19 May 16:10  
İdman "Kəpəz"də yeni təyinat

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub. Goal.

arrow Ətraflı
Azərbaycanda məşhur hotel bağlandı like
  • 19 May 16:10  
Digərləri Azərbaycanda məşhur hotel bağlandı

Şamaxıda yerləşən "Samaxi Palace Sharadil" otel bağlanıb.

arrow Ətraflı
Daşkəsəndə güclü külək: like
  • 19 May 16:08  
Digərləri Daşkəsəndə güclü külək:

Bu gün günorta saatlarında Daşkəsən rayonunda əsməyə başlayan güclü

arrow Ətraflı
Rusiyadakı qazaxlar ÜAKı müdafiə etdilər like
  • 19 May 16:04  
Siyasət Rusiyadakı qazaxlar ÜAKı müdafiə etdilər

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qazax diasporu"

arrow Ətraflı
Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır like
  • 19 May 16:01  
Dünya Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölə

arrow Ətraflı
Azərbaycanda 5 ulduzlu otel bağlandı like
  • 19 May 16:00  
Digərləri Azərbaycanda 5 ulduzlu otel bağlandı

Şamaxıda yerləşən “Samaxi Palace Sharadil” otel bağlanıb.

arrow Ətraflı
"Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar" like
  • 19 May 15:59  
Digərləri "Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar"

"Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara alud

arrow Ətraflı
Məryəm Üzerlini əsəbiləşdirən sual: "Ondan danışmayın!" like
  • 19 May 15:57  
Şou-biznes Məryəm Üzerlini əsəbiləşdirən sual: "Ondan danışmayın!"

Almaniyalı aktrisa Məryəm Üzərli sevgilisi Alp Özcanla bağlı suala hirsl

arrow Ətraflı