Bakıda klinikaya gətirilən 8 yaşlı qız həkimləri


Digərləri 19 May 2017 15:41:00 54 0

Bakıda klinikaya gətirilən 8 yaşlı qız həkimləri

Stress, fəst-fudlar, sərinləşdirici içkilər, sərt dieta sizi qastreoenteroloqların qapısına aparan səbəblərdir. Buna bir də genetik faktorları əlavə etsək, demək qastroenteroloqdan qaçış yolunuz yoxdur. Amma xilas yolu var. Bunun üçün etməli olduqlarınızı Nəsrəddin Tusi adına Klinikanın qastroenteroloqu Gülnarə Məmmədova deyəcək.

Bu xəbəri də oxu: Cəhbədə təxribat davam edir:

Gülnarə Məmmədovanın müsahibəsini təqdim edirik:

- Klinikanıza müraciətləri nəzərə alaraq son vaxtlar ölkəmizdə ən çox hansı qastroenteroloji xəstəliklər yayılıb?

- Xəstələri müayinə zamanı mədə xoraları, bir sıra mədə xəstəliklərinin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, gənc nəsil fəst-fud, meyvəli qəlyanlardan istifadə edir. Bunun nəticəsində 8-10 yaşlı uşaqlarda mədə xoraları qeydə alınır. Artıq mədə xərçəngi belə gəncləşib. Qastroenterologiyada qaraciyərlə bağlı xəstəliklərə də çox rast gəlirik. Bu məsələlər tez-tez ictimai müzakirəyə çıxarılmalıdır. Mən qohumlarıma adi diş müayinəsinə, gözəllik mərkəzlərində sterilizasiya məsələsinə xüsusi diqqət etmələrini tövsiyə edirəm. Çünki hepatit B və C qanla keçən xəstəliklərdir. Bu məsələlərə ciddi nəzarət edilsə, hepatit B və C eləcə də, qaraciyər serrozunun da qarşısı alınar. Düzdür, hepatit B-nin peyvəndinin tapılması müsbət haldır. İnanıram ki, hepatit C-nin də peyvəndi tapılacaq və insanlar bu böyük bir bəladan qorunaq.

- Mədə xəstəliklərində genetik faktorların rolu nə qədərdir?

- Əlbəttə, xəstə müayinə edilərkən ailə vəziyyəti barədə məlumat toplanır. Valideynlər, yaxın qan qohumlarında bu xəstəliklərin müşahidə edilməsi barədə informasiyalar öyrənirik. Ailədə mədə xəstəlikləri varsa, uşaqlar da müayinədən keçməlidir.

- Bu gün mədə xəstəlikləri ən çox hansı yaşda aşkarlanır?

- Mədə xorası əvvəl daha çox kişilərdə aşkarlanırdı. Çünki onlar siqaret çəkirdilər. Lakin əvvəl bu qədər fəst-fud yox idi. Bu qidalara ən çox işləyən şəxslər müraciət edir. 30-35 yaşlı, günün əsas hissəsini işdə keçirən şəxs qidalanmasına çox da diqqət ayıra bilmir. Ona görə indi mədə xəstəlikləri 30 yaşdan da cavanlaşıb. Çünki valideynlər sevinərək uşağını fəst-fud satılan yerlərə aparır. Onların təklif etdiyi qidaların tərkibində cürbəcür nitritlər, əlavələr olur. Onlar kanserogen növlü olduğuna görə valideynlərə övladlarını bu qidalardan qorumağı məsləhət görürəm. Gənclər həmin fəst-fud qidaların təklif edildiyi yerlərə gedəndə, mənim bu müsahibədəki sözlərimi gözlərinin önünə gətirmələrini istərdim.

- Son illərdə ən gənc xəstəniz hansı yaşda olub?

- Bu yaxınlarda bir qızı dayısı gətirmişdi. 8 yaşında iki öpüşən xorası var idi. Uşağın anası rəhmətə getdiyindən dayısı onu çox əzizləyib. İstədiyi hər şeyi alıb nəticə də belə olub. Uşağın dayısına cürbəcür qidalar, günəşin altında satılan məhsullar almaqdan çəkinməyi tövsiyə etdim. Yol kənarında günəşin altında plasmas qablarda içkilər saxlanılmasını dəfələrlə müşahidə etmişik. Bilməliyik ki, Günəş şüalarının təsirindən qabın tərkibindəki bütün maddələr suya keçir. Mən pediatr deyiləm, lakin 8 yaşlı uşağın mədəsində iki öpüşən xora olması nə deməkdir? Nəsrəddin Tusi klinikasına olan müraciətlər əsasında bu xəstəliyin gəncləşdiyini deyə bilirik. 6 yaşlı uşağın yoğun bağırsağında polip aşkarlanır. Bəzi mədə-bağırsaq xəstəlikləri var ki, əvvəllər onları azyaşlı uşaqlarda müşahidə etməmişik. Bunun səbəbini axtarırıq, məlum olur ki, əsas məsələ hər gün istifadə etdiyimiz qidalardır. Məktəb və universitetlərdə təhsil alan şagird, tələbə oğlanlara müraciət edirəm meyvəli qəlyandan uzaq dursunlar. Onun çəkildiyi mühitdə oturmaq belə zərərlidir. Çünki onun yalnız uc hissəsi dəyişir, alt hissədəki mikroblardan xəbəriniz yoxdur.

- Yəqin ki, ancaq qidalanma, genetik faktorlar rol oynamır. Stress və digər səbəblər mədə xəstəliklərinin yaranmasında nə qədər təsirli ola bilir?

- Mədə-bağırsaq xəstəliklərinin yaranmasında yüzlərlə səbəb ola bilər. Mikrob, qidalanma, stres, genetik faktor və digər səbəblərin hamısınıbu sıradan saya bilərik. Lakin insan özünə baxanda, övladına evdə bişirilmiş qida verəndə xəstəliklərdən müəyyən qədər uzaq ola bilər.

- Pəhriz günümüzün aktual mövzularındandır. Qadınlar qədər kişilər də son vaxtlar bu prosesdə aktivdir. Amma çox zaman mütəxəssisə müraciət etmək əvəzinə, internetdə gördükləri pəhriz nümunələrini, ya da gün ərzində saatlarla ac qalaraq arıqlamağa çalışırlar. Bu cür pəhrizlər sonda mədə xəstəliklərinə səbəb ola bilərmi?

loading...
Komitə sədri: Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar like
  • 19 May 15:40  
Digərləri Komitə sədri: Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar

Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olm

arrow Ətraflı
Yüzlərlə bakirə qız 14cü arvad olmaq üçün yarışır  FOTO like
  • 19 May 15:37  
Digərləri Yüzlərlə bakirə qız 14cü arvad olmaq üçün yarışır FOTO

Afrikanın ən kasıb ölkələrindən olan Svazilenddə hər il ənənəvi olar

arrow Ətraflı
Leyla Əliyeva Hacı Nuranın təqdimatında -  fotolar like
  • 19 May 15:37  
Şou-biznes Leyla Əliyeva Hacı Nuranın təqdimatında - fotolar

Aparıcı Hacı Nuran Hüseynovun təsisçisi olduğu "Həyat" Fondunun təqdima

arrow Ətraflı
Maşallah Əhmədovun məhkəməsi təxirə düşdü - Bu dəfə SƏBƏB? like
  • 19 May 15:35  
Digərləri Maşallah Əhmədovun məhkəməsi təxirə düşdü - Bu dəfə SƏBƏB?

Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hök

arrow Ətraflı
Natiq Əliyev Vyanaya gedir like
  • 19 May 15:34  
Digərləri Natiq Əliyev Vyanaya gedir

Azərbaycan prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev may

arrow Ətraflı
"Məzarının yerini bilmirdik" like
  • 19 May 15:33  
Digərləri "Məzarının yerini bilmirdik"

İmişlinin Şəmmədli kənd məzarlığında dəfn olunan daha bir şəhidin y

arrow Ətraflı
3 güləşçimiz finala yüksəldi like
  • 19 May 15:32  
İdman 3 güləşçimiz finala yüksəldi

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş y

arrow Ətraflı
Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib like
  • 19 May 15:31  
Dünya Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib

Dəstə terror istiqamətli çoxsaylı cinayətlər törədib, o cümlədən Kar

arrow Ətraflı
Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək like
  • 19 May 15:28  
Digərləri Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sə

arrow Ətraflı