Prahova Ticarət-Sənaye Palatasının prezidenti: "Rumıniyanın iş admaları Azərbaycana səfər etmək niyyətindədirlər" - MÜSAHİBƏ


İqtisadiyyat 19 May 2017 15:27:00 61 0

Prahova Ticarət-Sənaye Palatasının prezidenti: "Rumıniyanın iş admaları Azərbaycana səfər etmək niyyətindədirlər" - MÜSAHİBƏ

"Prahova və Azərbaycan arasında iqtisadi sahədə kifayət qədər oxşarlıqlar var"

Rumıniyanın Prahova rayonunun “Prahova Ticarət-Sənaye Palatası”nın prezidenti Aurelyan Qoquleskunun (Aurelian Gogulescu) “Report”un Şərqi Avropa bürosuna müsahibəsi…

- Prahova Ticarət-Sənaye Palatasının (TSP) neçə üzvü var?

- Rumıniyada Ticarət-Sənaye Palataları müstəqil və özünü maliyyələşdirən qeyri-hökümət təşkilatlarıdır. Bizim palata da daxil olmaqla ümumilikdə Rumıniyada 42 Ticarət-Sənaye Palatası mövcuddur. (Rumıniyada Buxarest də daxil olmaqla 42 rayon və hər bir rayonun da ayrıca TSP-sı var - RED.) Prahova rayonunda təqribən 400-ə yaxın şirkət bizim üzvümüzdür. Bu şirkətlər iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə, kifayət qədər güclü ticarət dövriyyəsinə malikdirlər və rayonumuzun iqtisadiyyatının inkişafında uğurla iştirak edirlər. Palatamız tərəfindən də sözügedən şirkətlərə müxtəlif xidmətlər təklif olunur. Bura xarici ölkələrin şirkətləri ilə biznes görüşlərin təşkili, beynəlxalq ticarət əməkdaşlığı üzrə məlumatların çatdırılması, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməkdaşlıq və s. Qeyd etmək istəyirəm ki, Rumıniyada şirkətlərin TSP-lərə üzv olması haqqında hər hansı bir öhdəlik mövcud deyil.

- Hazırda rəhbərlik etdyiniz Prahova TSP-si ilə Azərbaycan şirkətləri arasında əməkdaşlıq hansı səviyyədədir?

- Biz, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ilə çox gözəl əməkdaşlıq edirik. Aprel ayının əvvəlində Ploieşti şəhərində neft-qaz sənayesindəki hazırki vəziyyətlə bağlı tədbir təşkil etdik. TədbirdəAzərbaycan iqtisadiyyatı və ölkənizin investisiya mühiti barədə, həmçinin “SOCAR Petroleum SA” şirkətinin Rumıniyadakı fəaliyyəti haqqında tədbirə qatılan şirkət rəhbərləri və iş adamlarına ətraflı məlumat verildi. Bundan sonra bir çox yerli şirkətlərimiz Azərbaycan şirkətlərilə işbirliyi qurmaq, əməkdaşlıq etməkdə maraqlı oldular. Azərbaycan şirkətlərinin Rumıniyada, eləcə də rumın şirkətlərinin Azərbaycan bazarına daxil olmasına kömək etmək, bu istiqamətdə atılacaq addımlar, irəli sürüləcək istənilən təşəbbüslərə dəstək verməyə hazırıq. Əlbəttə, qeyd etməliyəm ki, 1990-cı ilədək Rumıniya istehsalı olan məhsullar keçmiş sovet ölkələrinə ixrac olunurdu. Bu baxımdan Rumıniya nəzərə almalıdır ki, Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələrinin bazarlarına rumın məhsullarının çıxarılması üçün əla potensial mövcuddur. Qeyd edim ki, 2015-ci ildə Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsi 161 mln dollar olub. İxrac 56,3, idxal isə 103,7 mln dollar təşkil edib. Rumıniya Azərbaycana kimya sənayesi və qida məhsulları, maşın, elektrik avadanlıqları, metal və əczaçılıq məhsulları ixrac edib. Azərbaycandan ölkəmizə isə idxalın 99%-ni neft və neft məhsulları tutub.

- Azərbaycan şirkətləri Prahova rayonunda hansı sahələrə investisiya yatıra bilərlər?

- Azərbaycan şirkətləri burada neft və neft sənayesi, sənaye və kənd təsərrüfatı, inkişaf etmiş sənaye parkları şəbəkəsi və digər sahələrə sərmayə yatıra bilərlər. Bölgədə mövcud olan 22 min şirkətdən 2320-si xarici kapitallıdır. Bunlar arasında neft və təbii qazın hasilatı ilə məşğul olan və bu sahədə xidmət göstərən Azərbaycan kapitallı “TACROM DRILLING SRL” şirkətini də göstərmək olar. Dövriyyəsi 10 mln dollar olan şirkətdə 124 işçi çalışır. İnanırıq ki, yaxın gələcəkdə digər Azərbaycan şirkətləri də Rumıniyaya sərmayə yatıracaq. Çünki Prahova və Azərbaycan arasında iqtisadi sahədə kifayət qədər oxşarlıqlar var. Bura neft-qaz, həmçinin şərabçılıq sahələri daxildir.

- Prahova şirkətləri üçün Azərbaycanda hansı sahələr maraqlıdır?

- Hesab edirəm ki, hər bir iş adamı və ya investor sərmayə qoyacağı ölkənin investisiya imkanlarını, iqtisadi mühitini asanlıqla araşdırıb müəyyən edə bilər. Dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına bizim təklif edəcəyimiz peşəkar xidmətlərə bunları əlavə edə bilərəm. Əsasən neft və təbii qazın hasilatı, texniki təchizat xidməti, neft avadanlıqları və tikinti materiallarının istehsalı, müxtəlif mal və məhsulların satışı.

- Yaxın gələcəkdə rumın şirkətləri ilə birgə Azərbaycana səfər etmək planınız varmı?

- Xüsusilə “SOCAR Petroleum SA” şirkətinin baş direktoru ilə görüşdən sonra iş adamları və investorlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmək, eləcə də Azərbaycandan iqtisadi missiya ilə ölkəmizə gələcək nümayəndə heyətini qəbul etmək kimi planlar hazırda bizim palatanın gündəliyində duran məsələlərdən biridir. İnvestorlarımız Belarus və Qazaxıstanda iqtisadi missiya ilə səfərlərdə olublar. Ümid edirəm ki, tez bir zamanda Azərbaycan da bizim diqqət mərkəzimizdə olacaq və şirkət rəhbərləri və iş adamlarından ibarət nümayəndə heyətinin ölkənizə səfəri təşkil olunacaq.

- Rumıniyanın Piteşti və Azərbaycanın Sumqayıt şəhərləri qardaşlaşmış şəhərlərdir. Bakı və Ploieşti şəhərlərinə nəzər yetirsək hər iki şəhərdə bir oxşarlıq var: neft hasil edilən şəhərlərdilər. Gələcəkdə bu şəhərlərin qardaşlaşmasına münasibətiniz necədir?

- Ploieşti şəhəri əməkdaşıq və dünyada mövcud olan şəhərlərlə qardaşlaşma məsələsinə hər zaman açıqdır. Xüsusilə nəzərə alsaq ki, bu şəhərlər arasında müəyyən oxşarlıq elementləri mövcuddur, deməli bu istiqamətdə səylərimizi birləşdirib nəticə əldə edə bilərik. Bundan əlavə, əgər hər iki şəhər rəhbərliyinin təşəbbüsü olarsa və müsbət yanaşılarsa iqtisadi əlaqələrimizi inkişaf etdirməklə tez bir zamanda bu məsələ öz həllini tapa bilər. Prahova TSP-si olaraq bu təşəbbüsü alqışlayırıq.

loading...
Azərbaycanda proteindən ölüm faktı  İçək, ya içməyək? like
  • 19 May 15:24  
Digərləri Azərbaycanda proteindən ölüm faktı İçək, ya içməyək?

Ötən gün Ağdam rayon sakini Sabir İbrahimovun protein qəbul etməsi nətic

arrow Ətraflı
Braziliyada NÜMAYİŞLƏR like
  • 19 May 15:21  
Dünya Braziliyada NÜMAYİŞLƏR

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi

arrow Ətraflı
“Unibank”ın yeni filialı fəaliyyətə başlayıb like
  • 19 May 15:20  
İqtisadiyyat “Unibank”ın yeni filialı fəaliyyətə başlayıb

Yeni filial 1 saylı “ASAN Kommunal” mərkəzində yerləşir

arrow Ətraflı
Rusiyada erməni iş adamının telekanalı müflisləşdi like
  • 19 May 15:19  
Dünya Rusiyada erməni iş adamının telekanalı müflisləşdi

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun

arrow Ətraflı
Villasını satışa çıxardı, içərisini görənlər heyran qaldı - fotolar like
  • 19 May 15:19  
Şou-biznes Villasını satışa çıxardı, içərisini görənlər heyran qaldı - fotolar

Ayaqqabı dizayneri olan Patrik Koks Londondakı evini 2,8 milyon sterlinqə (t

arrow Ətraflı
Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək like
  • 19 May 15:18  
Digərləri Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səvi

arrow Ətraflı
Mədət Quliyev: "Turistlər Azərbaycana ona görə gəlirlər ki..." like
  • 19 May 15:18  
Digərləri Mədət Quliyev: "Turistlər Azərbaycana ona görə gəlirlər ki..."

"IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ulu önd

arrow Ətraflı
"Napoli" ikinci "Hiquain əhvalatı" istəmir like
  • 19 May 15:17  
İdman "Napoli" ikinci "Hiquain əhvalatı" istəmir

"Napoli" belçikalı yarımmüdafiəçi Dris Mertenslə

arrow Ətraflı
Ukrayna idmançısının qətlində şübhəli bilinən azərbaycanlıdan like
  • 19 May 15:15  
Kriminal Ukrayna idmançısının qətlində şübhəli bilinən azərbaycanlıdan

Ukrayna idmançısını öldürməkdə şübhəli bilinən azərbaycanlı məhk

arrow Ətraflı
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib like
  • 19 May 15:12  
Digərləri “PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta”

arrow Ətraflı
Azərbaycanın energetika naziri OPEC-in Vyana görüşündə iştirak edəcək like
  • 19 May 15:10  
İqtisadiyyat Azərbaycanın energetika naziri OPEC-in Vyana görüşündə iştirak edəcək

Natiq Əliyev: "Azərbaycan neft bazarında qiymət sabitliyinin davamlı olmas

arrow Ətraflı
Mədət Quliyev: Turistlər Azərbaycana ona görə gəlirlər ki... like
  • 19 May 15:10  
Digərləri Mədət Quliyev: Turistlər Azərbaycana ona görə gəlirlər ki...

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər

arrow Ətraflı
Natiq Əliyev Vyanaya gedəcək like
  • 19 May 15:10  
Digərləri Natiq Əliyev Vyanaya gedəcək

Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev may

arrow Ətraflı
ABŞ səfiri Energetika Nazirliyində olub like
  • 19 May 15:08  
Digərləri ABŞ səfiri Energetika Nazirliyində olub

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutan

arrow Ətraflı