Natiq Əliyev Vyanaya gedəcək


Digərləri 19 May 2017 15:10:00 69 0

Natiq Əliyev Vyanaya gedəcək

Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev mayın 23-25-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, N.Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

Energetika naziri N.Əliyev hesab edir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: "Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq, ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan Sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana Sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır".

loading...
ABŞ səfiri Energetika Nazirliyində olub like
  • 19 May 15:08  
Digərləri ABŞ səfiri Energetika Nazirliyində olub

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutan

arrow Ətraflı
Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu - fotolar like
  • 19 May 15:06  
Şou-biznes Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu - fotolar

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb.<

arrow Ətraflı
Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə like
  • 19 May 15:04  
Digərləri Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə

Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev may

arrow Ətraflı
Alişan və sevgilisindən romantik FOTO like
  • 19 May 15:04  
Digərləri Alişan və sevgilisindən romantik FOTO

Müğənni Alişan sevgilisi Eda Erolla fotolarını artıq gizlətmir

arrow Ətraflı
Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir like
  • 19 May 15:02  
Siyasət Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

İclasda Avropada qaçqın uşaqlar və miqrant uşaqların müdafiəsi üzrə f

arrow Ətraflı
“Bakı Şampan Şərabları”nın kapitalı azalıb like
  • 19 May 15:01  
İqtisadiyyat “Bakı Şampan Şərabları”nın kapitalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivl

arrow Ətraflı
Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham  VİDEO  FOTO like
  • 19 May 15:01  
Şou-biznes Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham VİDEO FOTO

Ötən gün “Brat Li” bədii filminin imza günü keçirilib

arrow Ətraflı
"Manchester United"də mövsümün futbolçusu müəyyənləşib like
  • 19 May 15:00  
İdman "Manchester United"də mövsümün futbolçusu müəyyənləşib

"Manchester United"in 2016/17 mövsümündə ən yaxşı oyunçusu müəyyənlə

arrow Ətraflı
Məşhur türk müğənniləri Bakıya gəlirlər like
  • 19 May 14:58  
Şou-biznes Məşhur türk müğənniləri Bakıya gəlirlər

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəl

arrow Ətraflı
Jurnalistləri görüb taksidən düşmədi like
  • 19 May 14:56  
Digərləri Jurnalistləri görüb taksidən düşmədi

Musiqiçi Kıvılcım Ural sevgilisi Kaan Tangöze ilə Atatürk Hava Limanında

arrow Ətraflı