3 güləşçimiz finala yüksəldi


İdman 19 May 2017 15:32:00 71 0

3 güləşçimiz finala yüksəldi

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Bu xəbəri də oxu: Türk hücumçu ispan klubunda

Goal.az-ın məlumatına görə, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.

 

57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşəcək. 

 

65 kq

Komanda yoldaşından fərqli, Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb. 

 

74 kq

Bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

 

97 kq

Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edəcək. Onun finaldakı rəqibi iranlı Əmir Muhammadi olacaq.

 

Qeyd edək ki, güləş yığmamız yunan-Romadə 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.

loading...
Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib like
  • 19 May 15:31  
Dünya Dağıstanda quldur dəstəsinin başçısı və onun üç köməkçisi zərərsizləşdirilib

Dəstə terror istiqamətli çoxsaylı cinayətlər törədib, o cümlədən Kar

arrow Ətraflı
Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək like
  • 19 May 15:28  
Digərləri Ərdoğan Donald Tusk və Jan-Klod Yunkerlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sə

arrow Ətraflı
Azərbaycanda proteindən ölüm faktı  İçək, ya içməyək? like
  • 19 May 15:24  
Digərləri Azərbaycanda proteindən ölüm faktı İçək, ya içməyək?

Ötən gün Ağdam rayon sakini Sabir İbrahimovun protein qəbul etməsi nətic

arrow Ətraflı
Braziliyada NÜMAYİŞLƏR like
  • 19 May 15:21  
Dünya Braziliyada NÜMAYİŞLƏR

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi

arrow Ətraflı
“Unibank”ın yeni filialı fəaliyyətə başlayıb like
  • 19 May 15:20  
İqtisadiyyat “Unibank”ın yeni filialı fəaliyyətə başlayıb

Yeni filial 1 saylı “ASAN Kommunal” mərkəzində yerləşir

arrow Ətraflı
Rusiyada erməni iş adamının telekanalı müflisləşdi like
  • 19 May 15:19  
Dünya Rusiyada erməni iş adamının telekanalı müflisləşdi

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun

arrow Ətraflı
Villasını satışa çıxardı, içərisini görənlər heyran qaldı - fotolar like
  • 19 May 15:19  
Şou-biznes Villasını satışa çıxardı, içərisini görənlər heyran qaldı - fotolar

Ayaqqabı dizayneri olan Patrik Koks Londondakı evini 2,8 milyon sterlinqə (t

arrow Ətraflı
Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək like
  • 19 May 15:18  
Digərləri Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səvi

arrow Ətraflı