Mahmud Məmmədquliyev: "Avropa İttifaqı ilə danışıqlar Azərbaycanın hazırladığı layihə əsasında aparılır"


Siyasət 19 May 2017 14:53:00 182 0

Mahmud Məmmədquliyev: "Avropa İttifaqı ilə danışıqlar Azərbaycanın hazırladığı layihə əsasında aparılır"

XİN başçısının müavini: "Azərbaycan ikili standartlar olmamasını, digər münaqişə ölkələrinə göstərilən yanaşmanı gözləyir"

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlanmasını necə qiymətləndirirsiniz?

- Avropaİttifaqı ilə Azərbaycan arasında danışıqlar başlayıb. Sazişdə 3 əsas blok var. Birincisi, siyasi və təhlükəsizlik məsələləri, ikincisi, ticarət və sərmayə, üçüncüsü isədigər sahə və sektorlardır (nəqliyyat, energetika, mədəniyyət, insan hüquqları və s.) Biz ilk növbədə Azərbaycan üçünəsas olan siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə başladıq. Qarşı tərəf də bununla bağlırazılaşdı və aprelin 25-26-da ilkgörüşümüz baş tutdu. Şübhəsiz, bəzi məsələlər hələlik açıq qalır. Çünki biz blokun hamısını keçməmişik, bu blokun bir hissəsidir, preambula, hansı sahədə əməkdaşlıq və s. Ola bilsin ki, yaxın zamanlarda bu blok üzrə videokonfrans keçirək. Onlar təxminən bir neçə gün bundan əvvəl ticarət və investisiya sahəsi ilə bağlıöz şərhlərini göndəriblər. Ümumiyyətlə, danışıqlar Azərbaycanın hazırlayıb təqdim etdiyi layihə üzərində gedir və onlar bu layihəyə yalnız öz təklif və şərhlərini verirlər. Artıq ticarətlə bağlı 60 vərəqdən çox şərh almışıq. AzərbaycanXarici İşlər Nazirliyi siyasi və təhüləkəsizlik, İqtisadiyyat Nazirliyi isə ticarət və sərmayələr sahəsində danışıqları aparır. Biz aldığımız şərhləri onlara göndərmişik, bu günlərdə videokonfrans keçirməlidirlər. Əlbəttə, AzərbaycanXİN-in təmsilçiləri də orada iştirak edəcəklər. Artıq üçüncü blokda videokonfans olub, bir neçə məsələlər müzakirə edilib və mənim üçün burada daha çox əhəmiyyətli olanı elm sahəsidir. Mayın 22-də siyasi və təhlükəsizlik məsələlərinə aid növbəti videokonfransımız olacaq. Bundan başqa,Aİ ilə əməkdaşlıq komitəsi kimi bir mexanizmimiz var və mayın 30-31-də Bakıda görüşün keçirilməsi gözlənilir. Biz danışıqları davam etdiririk.

- Danışıqlar nə vaxt yekunlaşa bilər?

- Aİ ilə Azərbaycan arasında danışıqlarhəm Bakıda, həm də Brüsseldə aparılacaq. Biz bununla yanaşı bütün texnologiyalardan istifadə edəcəyik. Videokonfranslar, videogörüşlər və s. Əgər hər hansı bir məsələnin üzbəüz müzakirəsinə ehtiyac yaranacağı təqdirdə lazım olarsa gediş-gəliş olacaq. O ki, qaldı müddətə mən hesab edirəm ki, bu vacib nüans deyil. Onsuz da bu ilin noyabrında “Şərq Tərəfdaşlığı” sammitinin zirvə görüşü olacaq. Çox güman ki, bu işləri sammitə qədər çatdırmayacağıq. Bizim üçün sənədin mahiyyəti və keyfiyyəti əsasdır. Bundan əvvəlkiəməkdaşlıq və tərəfdaşlıq sazişində öz əksini tapan maddələr yeni sənəddə təkrarlanmamalıdır. Biz istəyirik ki, bu, strateji xarakter daşısın. Danışıqların birvə ya iki il uzanması da mümkündür. Düzdür, 1996-cı ildə Azərbaycan ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalananda ölkəmizin vəziyyəti başqa idi. Onlar həmin sənədi təqdim etmişdilər və biz də baxıb 80-90 faiz qəbul elədik. Amma burada biz strateji məsələni qoyuruq, sənədi hazırlayırıq. Ona görə də mənim üçün sənədin keyfiyyəti daha çox vacibdir.

- BəsAİ və Azərbaycan arasında viza rejiminin ləğvi ilə bağlı müzakirələr necə gedir? Bununla bağlı hər hansı bir irəliləyiş varmı və bu qərar nə zaman qəbul oluna bilər?

- Biz Aİ ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini bir-ikiil əvvəl imzalamışq. Hazırda bu sənədin icrası monitorinq altındadır. Hər iki tərəfdən Rəhbər Komitəninbu yaxınlarda baş tutacaq üçüncü görüşündə bu işlərin necə icra olunduğuna baxılacaq. Bəzi məsələlər var ki, onları aradan qaldırmaq lazımdır. Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün məsələlər bitsin və artıq Azərbaycan və Aİ tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar aradan qaldırılsa, artıq vizanın götürülməsi ilə bağlı dialoqa başlayacağıq. Bundan sonra onların hazırlayacaqları fəaliyyət planını icra edə və ondan sonra vizanın aradan qaldırılmasına tam keçə bilərik. Bu proses baş verəcək, amma bunun üçün müəyyən vaxt lazımdır.

- Bu ilinnoyabrında Brüsseldə keçiriləcək Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitindən Azərbaycanın gözləntiləri nədir? Azərbaycanla bağlı hər hansı bir sənədin imzalanması gözlənilirmi?

- Zirvə görüşü çərçivəsində hansısa bir sənədinimzalanması yaxşı olardı.Azərbaycan Riqa sammitinin təkrarlanmamasını vacib sayır. Çünki həmin sammitdə çox pis vəziyyət yaranmışdı. Belə ki, həmin sammitdəmünaqişədən əziyyət çəkən 4ölkə ilə bağlı sənəd müzakirə edildi. Ancaq üç ölkə ilə bağlı məsələdə eyni,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsində isəfərqli mövqe ortaya qoyuldu. Biz bunu tənqid etdik və öz mövqeyimizi ayrıca sənəd şəklində yazaraq onlara təqdim etdik. Ümumiyyətlə, bütün münaqişələrə yanaşma eyni olmalıdır. Məsələn, Avropa İttifaqıUkraynayadəstək verir,münaqişənin beynəlxalq prinsip və normalar əsasında həll olunmasını tələb edir. Biz hesab edirik ki,belə bir yanaşma Azərbaycana da şamil olunmalıdır. Bu, bizim üçün ciddi məsələdir, ikili standartlar olmamalıdır. Azərbaycanın gözləntiləri 4 ölkəyə da eyni yanaşmanın sərgilənməsidir. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hörmətlə yanaşır və Dağlıq Qarabağ münaqişənin beynəlxalqprinsiplər əsasında həllinin vacibliyini hesab edirlər. Ancaq indiyədək belə bir mövqe ortaya qoyulmurdu. Aİ əvvəllər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ATƏT-inMinsk qrupunun fəaliyyət göstərdiyini və probleminhəlli ilə bağlı hansısa əldə olunacaq nəticələri dəstəkləyəcəyini bildirirdi. Bundan sonra Azərbaycan üçün vacib olan enerji, nəqliyyat və digər məsələlər barədə öz təkliflərimizi vermişik. Yəqin sentyabr və oktyabrda bu məsələlər müzakirə olunacaq. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənəd qəbul olunmalıdır. Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi,iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfi isəbir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç birnəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçünbir çox ölkələrlə işləyirik. Ancaq hər şeyAvropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də“Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq.

- İyunun 19-da Lüksemburqda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə Azərbaycanı kim təmsil edəcək? Görüşdə hansı məsələlər müzakirə olunacaq?

- Bu cür görüşlər xarici işlər nazirləri səviyyəsində keçirilir. Ona görə də Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Lüksemburqda növbəti zirvə görüşünə hazırlıq və digər məsələlər müzakirə olunacaq.

- Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar necə gedir? Bu istiqamətdə hər hansı bir irəliləyiş varmı?

- Bu istiqamətdə işlər davam edir, amma məni o qədər də qane etmir. Son görüşümüz ötən ilin iyununda olmuşdu. Hazırda Ümumdünya Ticarət Təşkilatından iyunun 28-29-da Cenevrədə İşçi Qrupun növbəti görüşünün keçirilməsi ilə bağlı məktub almışıq. Eyni zamanda, çoxtərəfli danışıqlarda kənd təsərrüfatında subsidiyalara dəstəyin verilməsi (Domestic support) müzakirə olunur. Bizİşçi Qrupun son görüşündən sonra hazırladığımız sənədləri onlara təqdim etmişik, yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı sənədləri, ən vacibi isəmüəyyən qanunvericilik sənədlərini dəhazırlayıb təqdim edəcəyik. Hazırda İqtisadiyyatNazirliyi lə danışıqlar aparırıq. Əgər mallar və xidmətlər üzrə yeni təkliflər olarsa, iyunun sonlarında müzakirə edə bilərik.

- Azərbaycanla-Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasınını 25-ci ildönümü tamam olur. Bolqarıstana səfəriniz çərçivəsində bir çox nazirliklərdə görüşlər keçirdiniz. İki ölkə arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışıq və bu sənədi icra etmək lazımdır. Bizim birgə işləməyimizüçün bəzi prioritet sahələr var, Nəqliyyat, Energetika, Turizm nazirliklərində keçirdiyimiz görüşlərdə də bunuaçıqladıq. Əsas prioritet sahə enerji sektorudur- təbii ki, Azərbaycan qazının Yunanıstan vasitəsi ilə Bolqarıstana çatdırılmasıdır. İkinci prioritet sahə nəqliyyatdır. Bolqarıstan tərəfi Azərbaycan qazını qəbul edəcək Yunanıstan-Bolqarıstan interkonnektorunun qrafikə uyğun tikilib istifadəyə verilməsinə və 2020-ci ildə ilk "mavi yanacağ"ınqəbuluna çalışır. Həmçinin, “Şərq-Qərb”, “Cənub-Şimal” dəmiryolu xətti, Çindən Avropaya daşınacaq yüklərin Bolqarıstan üzərindən keçməsinə ciddi yanaşırlar. Üçüncü prioritet sahə turizmdir. Burada da birgə proqramın qəbul edilməsi, həmçinin, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi müzakirə olundu. Bolqarıstan Prezident Aparatı və Xarici İşlər Nazirliyində keçirdiyimiz görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, həmçinin, işğal olunmuş ərazilərə bolqar rəsmiləri və vətəndaşlarının qeyri-qanuni səfərlərinin qarşısının alınması da vurğulandı.

loading...
Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı: like
  • 19 May 14:52  
Şou-biznes Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı:

Saxtakarlıqdan uzaqsansa, yalan danışmırsan. Yaxşı insanın dostu çox olm

arrow Ətraflı
“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq like
  • 19 May 14:51  
İqtisadiyyat “CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

"CDB Bank"ın müştəriləri kartlarından bu ayın sonuna qədər istifadə ed

arrow Ətraflı
"Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib like
  • 19 May 14:49  
İqtisadiyyat "Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib

Audit zamanı informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə b

arrow Ətraflı
16 il davam edən sevgi - fotolar like
  • 19 May 14:49  
Şou-biznes 16 il davam edən sevgi - fotolar

Vaxtilə “Ceyms Bond” filmlərinin ulduzu olan Pyerke Brosnanla həyat yolda

arrow Ətraflı
Boks yığmamız İslamiadanın ən güclüsü oldu like
  • 19 May 14:48  
İdman Boks yığmamız İslamiadanın ən güclüsü oldu

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında boksçuların m&u

arrow Ətraflı
"Zəfər günləri": İslamiadada qalib gələn idmançılarımızla görüş keçirilib (FOTO) like
  • 19 May 14:46  
Digərləri "Zəfər günləri": İslamiadada qalib gələn idmançılarımızla görüş keçirilib (FOTO)

“Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları

arrow Ətraflı
Mədət Quliyev Azərbaycanda casusluq edənlərlə bağlı məsələyə münasibət bildirdi like
  • 19 May 14:46  
Digərləri Mədət Quliyev Azərbaycanda casusluq edənlərlə bağlı məsələyə münasibət bildirdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Qu

arrow Ətraflı
Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək like
  • 19 May 14:45  
Digərləri Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Turizm Müşavirli

arrow Ətraflı
Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu  VİDEO  FOTO like
  • 19 May 14:44  
Dünya Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu VİDEO FOTO

Türkiyənin Kocaeli valiliyinin Darı rayonunda dəhşətli qətl hadisəsi ba

arrow Ətraflı
Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir like
  • 19 May 14:43  
Digərləri Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi

arrow Ətraflı
Sevda Yahyayeva yeni mənzilinə köçüb  FOTO like
  • 19 May 14:43  
Şou-biznes Sevda Yahyayeva yeni mənzilinə köçüb FOTO

Müğənni Sevda Yahyayeva yeni mənzilindən fotolar paylaşıb.

arrow Ətraflı
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb like
  • 19 May 14:40  
Sosial Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb

"Həyat Fondu" yardımsevər insanların ianəsi hesabına maliyyələşəcək

arrow Ətraflı
Mirşahindən qardaşının həbs xəbərinə reaksiya like
  • 19 May 14:39  
Şou-biznes Mirşahindən qardaşının həbs xəbərinə reaksiya

Telejurnalist Mirşahin Ağayev qardaşı Mirəddin Ağayevin həbsi barədə ya

arrow Ətraflı
Millət vəkili Filippinin vitse-prezidenti ilə görüşüb (FOTO) like
  • 19 May 14:35  
Digərləri Millət vəkili Filippinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva

arrow Ətraflı