Mədət Quliyev ordudakı xainlər barədə: “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök salıb”


Digərləri 19 May 2017 15:05:00 60 0

Mədət Quliyev ordudakı xainlər barədə: “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök salıb”

"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

Bunu  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib. DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".

Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

loading...
Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə like
  • 19 May 15:04  
Digərləri Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə

Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev may

arrow Ətraflı
Alişan və sevgilisindən romantik FOTO like
  • 19 May 15:04  
Digərləri Alişan və sevgilisindən romantik FOTO

Müğənni Alişan sevgilisi Eda Erolla fotolarını artıq gizlətmir

arrow Ətraflı
Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir like
  • 19 May 15:02  
Siyasət Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

İclasda Avropada qaçqın uşaqlar və miqrant uşaqların müdafiəsi üzrə f

arrow Ətraflı
“Bakı Şampan Şərabları”nın kapitalı azalıb like
  • 19 May 15:01  
İqtisadiyyat “Bakı Şampan Şərabları”nın kapitalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivl

arrow Ətraflı
Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham  VİDEO  FOTO like
  • 19 May 15:01  
Şou-biznes Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham VİDEO FOTO

Ötən gün “Brat Li” bədii filminin imza günü keçirilib

arrow Ətraflı
"Manchester United"də mövsümün futbolçusu müəyyənləşib like
  • 19 May 15:00  
İdman "Manchester United"də mövsümün futbolçusu müəyyənləşib

"Manchester United"in 2016/17 mövsümündə ən yaxşı oyunçusu müəyyənlə

arrow Ətraflı
Məşhur türk müğənniləri Bakıya gəlirlər like
  • 19 May 14:58  
Şou-biznes Məşhur türk müğənniləri Bakıya gəlirlər

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəl

arrow Ətraflı
Jurnalistləri görüb taksidən düşmədi like
  • 19 May 14:56  
Digərləri Jurnalistləri görüb taksidən düşmədi

Musiqiçi Kıvılcım Ural sevgilisi Kaan Tangöze ilə Atatürk Hava Limanında

arrow Ətraflı
Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı: like
  • 19 May 14:52  
Şou-biznes Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı:

Saxtakarlıqdan uzaqsansa, yalan danışmırsan. Yaxşı insanın dostu çox olm

arrow Ətraflı
“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq like
  • 19 May 14:51  
İqtisadiyyat “CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

"CDB Bank"ın müştəriləri kartlarından bu ayın sonuna qədər istifadə ed

arrow Ətraflı