Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib


Digərləri 19 May 2017 15:04:00 84 0

Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

İctimai Şuranın yaradılması prosesinə başlanıb.

Bakı. Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanıb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununa (22 noyabr 2013-cü il, № 816-IVQ), bu qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli, 89 nömrəli fərmanına və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda yekunlaşacaq. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Hər bir vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvülüyünə irəli sürdüyü namizədin şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halını, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvlüyünü təsdiq edən sənədin surətini əlavə etməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər. İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlərin Energetika Nazirliyinə onlayn qaydada, yaxud şəxsən təqdim olunması mümkündür. Ünvan: Bakı şəhəri Ü.Hacıbəyov küç. 40 Hökumət Evi AZ1000 Tel: (994 12) 598-16-53/54/55 Faks: (994 12) 598-16-78 E-poçt: minenergy @ minenergy.gov.az İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç gün müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək. Qeyd edək ki, energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə İctimai Şuraya seçkilərin təşkili məqsədilə Energetika Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb. Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://www.minenergy.gov.az/) mütəmadi yerləşdiriləcək.
loading...
Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir like
  • 19 May 15:02  
Siyasət Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

İclasda Avropada qaçqın uşaqlar və miqrant uşaqların müdafiəsi üzrə f

arrow Ətraflı
“Bakı Şampan Şərabları”nın kapitalı azalıb like
  • 19 May 15:01  
İqtisadiyyat “Bakı Şampan Şərabları”nın kapitalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivl

arrow Ətraflı
Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham  VİDEO  FOTO like
  • 19 May 15:01  
Şou-biznes Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham VİDEO FOTO

Ötən gün “Brat Li” bədii filminin imza günü keçirilib

arrow Ətraflı
"Manchester United"də mövsümün futbolçusu müəyyənləşib like
  • 19 May 15:00  
İdman "Manchester United"də mövsümün futbolçusu müəyyənləşib

"Manchester United"in 2016/17 mövsümündə ən yaxşı oyunçusu müəyyənlə

arrow Ətraflı
Məşhur türk müğənniləri Bakıya gəlirlər like
  • 19 May 14:58  
Şou-biznes Məşhur türk müğənniləri Bakıya gəlirlər

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəl

arrow Ətraflı
Jurnalistləri görüb taksidən düşmədi like
  • 19 May 14:56  
Digərləri Jurnalistləri görüb taksidən düşmədi

Musiqiçi Kıvılcım Ural sevgilisi Kaan Tangöze ilə Atatürk Hava Limanında

arrow Ətraflı
Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı: like
  • 19 May 14:52  
Şou-biznes Elxan Şirinov Cabbar Musayevdən küsmə səsəbini açıqladı:

Saxtakarlıqdan uzaqsansa, yalan danışmırsan. Yaxşı insanın dostu çox olm

arrow Ətraflı
“CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq like
  • 19 May 14:51  
İqtisadiyyat “CDB Bank”ın kartları “Atabank”ın kartları ilə əvəz olunacaq

"CDB Bank"ın müştəriləri kartlarından bu ayın sonuna qədər istifadə ed

arrow Ətraflı
"Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib like
  • 19 May 14:49  
İqtisadiyyat "Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib

Audit zamanı informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə b

arrow Ətraflı
16 il davam edən sevgi - fotolar like
  • 19 May 14:49  
Şou-biznes 16 il davam edən sevgi - fotolar

Vaxtilə “Ceyms Bond” filmlərinin ulduzu olan Pyerke Brosnanla həyat yolda

arrow Ətraflı
Boks yığmamız İslamiadanın ən güclüsü oldu like
  • 19 May 14:48  
İdman Boks yığmamız İslamiadanın ən güclüsü oldu

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında boksçuların m&u

arrow Ətraflı