ABŞ səfiri Energetika Nazirliyində olub


Digərləri 19 May 2017 15:08:52 53 0

ABŞ səfiri Energetika Nazirliyində olub

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Bakı. Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib. Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb.Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur. Energetika naziri N.Əliyev deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir. Daha sonra ABŞ səfiri Robert Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı, qaz bazarının inkişaf istiqamətləri və həyata keçirilən layihələrin perspektivləri ilə maraqlanıb. N.Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini səfirlə bölüşüb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır. Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.
loading...
Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu - fotolar like
  • 19 May 15:06  
Şou-biznes Bakıya gəlməyə hazırlaşan müğənni sinəsini açıqda qoydu - fotolar

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb.<

arrow Ətraflı
Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə like
  • 19 May 15:04  
Digərləri Natiq Əliyev Vyanaya gedəcək - Neftin qiymətinə görə

Azərbaycan Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev may

arrow Ətraflı
Alişan və sevgilisindən romantik FOTO like
  • 19 May 15:04  
Digərləri Alişan və sevgilisindən romantik FOTO

Müğənni Alişan sevgilisi Eda Erolla fotolarını artıq gizlətmir

arrow Ətraflı
Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir like
  • 19 May 15:02  
Siyasət Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

İclasda Avropada qaçqın uşaqlar və miqrant uşaqların müdafiəsi üzrə f

arrow Ətraflı
“Bakı Şampan Şərabları”nın kapitalı azalıb like
  • 19 May 15:01  
İqtisadiyyat “Bakı Şampan Şərabları”nın kapitalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivl

arrow Ətraflı
Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham  VİDEO  FOTO like
  • 19 May 15:01  
Şou-biznes Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham VİDEO FOTO

Ötən gün “Brat Li” bədii filminin imza günü keçirilib

arrow Ətraflı
"Manchester United"də mövsümün futbolçusu müəyyənləşib like
  • 19 May 15:00  
İdman "Manchester United"də mövsümün futbolçusu müəyyənləşib

"Manchester United"in 2016/17 mövsümündə ən yaxşı oyunçusu müəyyənlə

arrow Ətraflı
Məşhur türk müğənniləri Bakıya gəlirlər like
  • 19 May 14:58  
Şou-biznes Məşhur türk müğənniləri Bakıya gəlirlər

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəl

arrow Ətraflı
Jurnalistləri görüb taksidən düşmədi like
  • 19 May 14:56  
Digərləri Jurnalistləri görüb taksidən düşmədi

Musiqiçi Kıvılcım Ural sevgilisi Kaan Tangöze ilə Atatürk Hava Limanında

arrow Ətraflı