"Ana olacam, uşaqlarımı atmayacam, özüm saxlayacam" 14 yaşlı Səbinədən SARSIDICI SÖZLƏR FOTO


Digərləri 19 May 2017 14:34:00 39 0

"Ana olacam, uşaqlarımı atmayacam, özüm saxlayacam"  14 yaşlı Səbinədən SARSIDICI SÖZLƏR  FOTO

Son.az lent.az-a istinadən Fərizə Əhmədovanın yazısını təqdim edir:

"Anam hər şənbə-bazar evə aparır. Orda qalmaq istəyirəm, bura gəlmək istəmirəm...".

Anasından ayrılıb internat məktəbinə gəlmək istəməyən bu  balacanın adı Radxadır. Adını anası qoyub. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində qalır. Dünən ad günü idi, 9 yaşına adladı. Anası isə yanında deyildi... Bəlkə də tanrıdan ad günü üçün anasını arzulamışdı, amma hədiyyə olaraq Tanrı ona diş ağrısı göndərmişdi. Ona görə Radxayla çox söhbət edə bilmədik...

(Radxa - fotoda zoğalı rəngdə kofta geyinmiş qız) 

Lent.az-ın əməkdaşı Radxayla dünən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində keçirilən "Beynəlxalq ailə günü" tədbirində tanış olub.

Tədbir həm də Sabunçu rayonunda yerləşən 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərindən olan eyni gündə anadan olmuş, amma indi anasız qalan 41 uşağın ad gününü qeyd etmək məqsədilə təşkil olunmuşdu.

Məktəbin direktoru Gülnarə Abdullayeva bildirib ki, bura 1961-ci ildən fəaliyyət göstərir.

- Məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Martın 1-də təhvil verilib. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur.

2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul  olunub.

Tədbir başlamazdan əvvəl internat məktəbin şəraiti ilə tanış olduq.

Binanın ikinci mərtəbəsinə qalxanda otaqlardan birinin qapısını açıq idi. İçəridə qızlar masaya tökülmüş şəkilləri səliqəyə salırdılar. Uzaqdan diqqətimi çəkən isə tez-tez mənə boylanıb utancaq şəkildə gülümsəyən çəhrayı köynəkli qız oldu.

Yanına yaxınlaşıb söhbət etmək istədim, danışmadığını dedilər...

Müəlliməsindən adını öyrəndim. Bəyim imiş.  Bu gün (dünən-red) onun da ad günüdür, 11 yaşı olur. Sağlamlıq imkanı məhdud olan Bəyim əksər atalı-analı uşaqlardan xoşbəxt görünür. Bəlkə də yeni simalar görüb deyə belə sevinir... Masaya dağılmış şəkilləri sıra ilə düzməyə çalışır.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Namiq Kərimov deyir ki, Bəyimin anası o, uşaq olanda rəhmətə gedib.

- İndiyə qədər atası saxlayırdı. Ötən il evləndi, həm də maddi cəhətdən çatdıra bilmədiyi üçün bura gətirib qoydu.

İnternat məktəbini bitirənlər əsasən müxtəlif peşələrə yönəldilir. Elə uşaqlar var ki, ata-anası var,  18 yaşı olandan çıxıb gedirlər. Amma valideynsiz uşaqlar burda fərqli peşələrə yiyələnir, zamanı gələndə isə özlərinə həyatda bir yol cızmaq üçün çıxıb gedirlər.  Həmin uşaqlar dövlət tərəfindən evlə də təmin olunur. Sağlamlıq imkanı məhdud uşaqlar isə 18 yaşı tamam olandan sonra onlar üçün nəzərdə tutulmuş başqa məktəbə göndərilir. Məktəbdə Cəlilabad, İsmayıllı, Qəbələ, Bakıətrafı rayonlardan uşaqlar var.

Bəyimlə söhbətimiz alınmasa da, şəkil çəkdirməyi alındırdıq. Sağollaşdıqdan sonra tədbirin keçirildiyi həyətə qayıdıram.

Tədbir başladı. Məktəbin balaca üzvləri "Mama" mahnısı altında rəqs edir. Mahnının sədaları altında rəqs edən uşaqlar əllərində qırmızı ürəklə onları atan analarına olan sevgilərini ifadə edirdilər.

Yemək yeməyə əyləşən uşaqlar çalğını eşidən kimi ortaya tökülüşdülər. Özləri üçün oynayırlar. Bir kənarda dayanıb, heç əylənməyən uşaqlar isə sanki baxışları ilə "bu gün sizinlə əyləndik, dedik-güldük, hə, nə olsun?! Sabah yenə ata-anasız tək dünyamıza qayıdacağıq" demək istəyirdilər.

Uşaqlarla əyləndiyimiz an diqqətimi çəkən  stulda sakitcə əyləşən qız oldu. Yanına yaxınlaşdım. Nə isə rəngləyirdi.

- Adın nədir?

loading...
“Chapecoense”ni aparan təyyarə təcili eniş edib like
  • 19 May 14:30  
İdman “Chapecoense”ni aparan təyyarə təcili eniş edib

Braziliyanın “Chapecoense” futbol klubunun üzvlərinin

arrow Ətraflı
Məşhur türk müğənniləri Bakıya gəlir like
  • 19 May 14:30  
Şou-biznes Məşhur türk müğənniləri Bakıya gəlir

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya

arrow Ətraflı
Tablosu 110 milyon dollara satıldı like
  • 19 May 14:29  
Şou-biznes Tablosu 110 milyon dollara satıldı

Amerikalı rəssam Jan-Mişel Baskvitin tablosu Nyu-York şəhərində keçiril

arrow Ətraflı
Türkiyədə Qarabağ parkı açılır like
  • 19 May 14:29  
Digərləri Türkiyədə Qarabağ parkı açılır

24 may 2017-ci il tarixində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasy

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açıldı like
  • 19 May 14:28  
Digərləri Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açıldı

Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə edilməsi məktəbinin

arrow Ətraflı
Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı like
  • 19 May 14:27  
Digərləri Ermənistanda siyasi məhbuslar xalqı üsyana çağırdı

Siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı Yerevanda ke&ccedi

arrow Ətraflı
Acunun "Survivor"u birinci oldu  SİYAHI like
  • 19 May 14:25  
Digərləri Acunun "Survivor"u birinci oldu SİYAHI

Ötən gün Türkiyədə yayımlanan veriliş və serialların siyahısı yayım

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankı korporativ müştərilərinin işini asanlaşdırıb like
  • 19 May 14:24  
İqtisadiyyat Azərbaycan Beynəlxalq Bankı korporativ müştərilərinin işini asanlaşdırıb

Bank korporativ müştərilər üçün İnternetBank sisteminin əməliyyat imka

arrow Ətraflı
"Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir"  FOTO like
  • 19 May 14:24  
Digərləri "Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir" FOTO

Cari ilin ilk 3 ayında İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı

arrow Ətraflı
"AtaSığorta" Sumqayıtda yeni filial açıb like
  • 19 May 14:23  
Digərləri "AtaSığorta" Sumqayıtda yeni filial açıb

“AtaSığorta” ASC Sumqayıt şəhərində yeni filial açıb.

arrow Ətraflı
Azərbaycan musiqi ictimaiyyətinə itki like
  • 19 May 14:22  
Kriminal Azərbaycan musiqi ictimaiyyətinə itki

Azərbaycan musiqi ictimaiyyətinə böyük itki üz verib. 

arrow Ətraflı
Faiq Əmirli ev dustaqlığına buraxılmadı like
  • 19 May 14:22  
Digərləri Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Səbael rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin h

arrow Ətraflı
Bakı2017: 3X3 basketbol turnirindən FOTOREPORTAJ like
  • 19 May 14:20  
Digərləri Bakı2017: 3X3 basketbol turnirindən FOTOREPORTAJ

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 3X3 basketbol turn

arrow Ətraflı
İsveç prokurorluğu "WikiLeaks"in yaradıcısının işi üzrə istintaqı dayandırıb like
  • 19 May 14:19  
Dünya İsveç prokurorluğu "WikiLeaks"in yaradıcısının işi üzrə istintaqı dayandırıb

Baş prokuror Marianna Nyu Culian Assanja qarşı ibtidai istintaqın dayandır

arrow Ətraflı