“Ovuc içi qədər xoşbəxtlik”: internat məktəbində


Digərləri 18 May 2017 23:11:00 139 0

“Ovuc içi qədər xoşbəxtlik”: internat məktəbində

Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıdakı 11 saylı İnteqrasiya təlimli internat məktəbində "Beynəlxalq Ailə Günü" ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır.

Təhsil müəssisəsinin direktor müavini Namiq Kərimov qonaqları internat məktəbi ilə tanış etdi. Yeni təmirdən çıxmış məktəb o qədər səliqəli görünür ki, uşaqların burada özlərini evlərindəki kimi hiss etdiklərinə şübhə etmirsən. Uşaqlarla tanış olduq, söhbət etdik, onlar müəllimlərin qayğısından və təhsillərindən danışdılar. Onu da qeyd edək ki, bu internat xüsusi statusludur, yəni onun yetirmələri fiziki və zehni cəhətdən geri qalan uşaqlardır. Əksəriyyəti ailə vəziyyətlərinin çətin olmasından, ya da valideynlərindən birinin olmaması ucbatından dövlətin himayəsinə sığınıblar.

Namiq Kərimov əməkdaşımızı maraqlandıran bəzi sualları cavablandırdı?

- Uşaqlar 11-ci sinfi bitirdikdən sonra taleləri necə olur?

- Sosial Müdafiə Nazirliyi tərəfindən kimsəsiz uşaqlar üçün yeni binalar tikilib. Keçən il 6 məzunumuz onlar üçün nəzərdə tutulan, Masazırda yerləşən "Gənclər" şəhərciyində mənzillə təmin olunub. Bütün uşaqlara bir otaqlı, hər cür avadanlıqla təmin olunmuş mənzil verilir və onlar işlə təmin ediliblər.

- Bəs ali məktəbə daxil olanlar olur?

- Bu il əvvəlki illərə nisbətən daha yüksək nəticələr əldə etmişik. Hətta bir şagirdimiz keçən il yüksək balla Polis Akademiyasına daxil oldu. Əməklə məşğul olan uşaqlar peşə məktəbinə yönləndilir.


Xəbərə aid fotolar

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı