"Həyat yoldaşım bu videoya baxıb..." - Nüşabə Ələsgərli


Şou-biznes 15 May 2017 20:47:00 68 0

"Həyat yoldaşım bu videoya baxıb..." - Nüşabə Ələsgərli

“Biganəlikdən, tərbiyəsizlikdən təsirlənirəm. Özündən böyüyə “sən” deyə müraciət edəndə mənə pis təsir edir”.


 
Axşam.az Ailem.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Nüşabə Ələsgərli Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” verilişinə açıqlamasında deyib.

Həyatda təsirləndiyi məqamlardan danışan müğənni tələbələrindən də şikayət edib:

“İndi böyük-kiçik saymırlar. Əvvəllər ictimai nəqliyyatda qadına, qocaya, hamilə qadınlara yer verirdilər. Bu kimi gözəl adət-ənənələr get-gedə itir. Özündən böyüyə hörmət etmək mədəniyyət işidir. İndi böyüklərin yanında oğlanlar siqaret çəkir. Belə şeyləri görəndə çox təsirlənirəm. Amma bir də görürsən tələbə siqaret çəkir, müəlliminin gəldiyini görəndə siqareti gizlədir. Bunu görəndə sevinirəm. Deyirlər ki, Avropaya inteqrasiya edirik, adət-ənənələr dəyişir, inkişaf edirik. Mən Avropaya belə inteqrasiya etmək istəmirəm”.
 
Əməkdar artist həssas və emosional olduğunu da etiraf edib. O, həyat yoldaşı ilə bu baxımdan oxşadıqlarını deyib:

“Ötən gün heyvanlarla bağlı videoya baxdım. Bir it ölən digər iti qucaqlayıb hönkürtü ilə ağlayır. Çox təsirləndim. Həyat yoldaşım da bu videoya baxıb təsirləndi. Əslində cəmiyyətimizdə təsirlənməli çox hallar var”.
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı