Bu yoldan keçənlər ayaq saxlamadan ötə bilmirlər VİDEO


Digərləri 06 May 2017 21:18:00 84 0

Bu yoldan keçənlər ayaq saxlamadan ötə bilmirlər  VİDEO

Bakı-Qazax avtomagistralının Ağstafadan keçən hissəsində bir yer var ki, buradan keçənlər ayaq saxlamadan ötə bilmirlər.

Onlar mütləq dayanıb, şəkillər çəkdirir, təbiətin gözəlliyindən zövq almağa çalışırlar. Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət indi mövsümü olan lalələrdən gedir. Həmin yoldan keçənlər, təkcə baxıb seyr etməklə kifayətlənmirlər, ayaq saxlayıb, özlərini təbiətin qoynuna atmağa çalışırlar. Kimisi şəkil çəkdirir, kimisi isə çiçək dərir. Ağstafa çöllərində bitən al lalələr Bakı-Qazax avtomagistralından ötüb-keçənləri dayanmağa məcbur edir. Xalı kimi yerə sərilmiş bu lalələri görərkən uşaqdan-böyüyə hər kəsin əhval-ruhiyyəsi yüksəlir. Yoldan ötənlər deyirlər ki, buradan keçəndə həm də məhşur "Lalələr" mahnısı yada düşür. Odur ki, təbitin bu gözəlliyini salamlamadan keçmək olmur. İldə bir dəfə - mayın əvvəllərində bir çoxları Ağstafa çöllərində bitən lalələri görməyə tələsir. Həm rayon sakinləri, həm ətraf rayonlarda yaşayanlar, həm də uzaq şəhər və rayonlardan gələnlər buradan ötərkən təbiətin bəxş etdiyi bu gözəlliyi heyranlıqla izləyirlər. İndi bu qısa ömürlü güllərin cəmi bir neçə günü qalıb. Çünki bir neçə gündən sonra lalələr solacaq və bu gözəllikdən əsər-əlamət qalmayacaq.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı