"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaqlar


Siyasət 04 May 2017 12:11:00 85 0

"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaqlar

4-6 may tarixlərində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IV Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teysin "Eurasia Review" saytındakı məqaləsində deyilir.

Müəllif yazır ki, Forumla əlaqədar Bakıya çoxlu sayda nüfuzlu beyəlxalq nümayəndə heyəti gələcək. Forumun bağlanışından sonra qonaqlar Naxçıvan Muxtar Respublikasına da səfər etməlidirlər.

P.Teysin sözlərinə görə, Naxçıvan 20 ildən çoxdur ki, ağır iqtisadi blokada ilə üzləşməsinə baxmayaraq, bölgə rəhbərliyi tarixi və mədəni abidələrin bərpası sahəsində böyük uğurlara imza atıb.

Müəllifin fikrincə, beynəlxalq nümayəndə heyətləri Naxçıvanda Azərbaycan tarixinin nəbzini tutaraq, mədəniyyətlərarası dialoq sahəsində öz dünyagörüşlərini daha da artıracaqlar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı