İyirmi iki il əvvəl PKK-ya qoşulan keçmiş sovet zabiti məhv edilib


Dünya 04 May 2017 10:05:17 95 0

İyirmi iki il əvvəl PKK-ya qoşulan keçmiş sovet zabiti məhv edilib

Mərdəli Süleymanov terrorçu qruplaşmanın aparıcı təlimçilərindən biri olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Karaçok bölgəsini bombalaması nəticəsində zərərsizləşdirilən terrorçular arasındaPKK qruplaşmasının “Çiya Rus” kod adlı terrorçusu Mərdəli Süleymanov da olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, “Çiya Rus” 22 il əvvəlPKK-nın sıralarına qoşulub.

İnformasiyaya əsasən, o, qruplaşmanın aparıcı təlimçilərindən biri olub.Son zamanlar isə PKK-nın Suriyadakı qolu olan “YPG” terrorçularına Karaçok dağında təlim keçirmiş.

Məlumata görə,M.Süleymanov Qazaxıstanın Çimkənd bölgəsində doğulub.Sovet ordusunun zabiti olub. 22 il əvvəl qaçaq yolla İraqın Ərbil şəhərinə,oradan isə terrorçu PKK-nın Kandildəki düşərgəsinə gedib.

Bəzi mənbələr isə onun Suriyanın Cizre bölgəsində avtomobil qəzasında öldüyü barədə məlumat yayıb.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı