"Sumqayıt" kapitanla müqaviləni yenilədi


İdman 29 Apr 2017 14:12:00 237 0

"Sumqayıt" kapitanla müqaviləni yenilədi

"Sumqayıt" 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə yenilənib. 29 yaşlı müdafiəçi klubla daha bir illik müqavilə bağlayıb.

4 mövsümdür “Sumqayıt”ın şərəfini qoruyan Vurğun ümumilikdə bu komandada 111 qarşılaşmada meydana çıxıb.