Milli Dram Teatrı Həsən Əblucu belə yad etdi - fotolar


Şou-biznes 24 Apr 2017 18:53:00 83 0

Milli Dram Teatrı Həsən Əblucu belə yad etdi - fotolar

Akademik Milli Dram Teatrında tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunan “Ölülər” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tədbirdə Həsən Əblucun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, universitet tələbələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək Həsən Əblucun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Həsən Əbluc Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı tamaşalarla teatrsevərlərin qəlbində özünə yer tapıb, tamaşaçı sevgisi qazanıb. O, səhnə fəaliyyətinə aktyor kimi başlasa da, sonradan yaradıcılığını rejissor kimi davam etdirib və bir sıra uğurlu səhnə əsərlərinə imza atıb.

Həsən Əbluc nəinki teatrda, eləcə də televiziyada da uğurla fəaliyyət göstərib, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.

Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist  Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli,  Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər
Paşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.





loading...
Tanınmış musiqişünasalim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı like
  • 24 Apr 18:52  
Digərləri Tanınmış musiqişünasalim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı

Azərbaycanın tanınmış musiqişünas-alimi, Xalq artisti Ramiz Zöhrabovun v

arrow Ətraflı
Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb like
  • 24 Apr 18:49  
Digərləri Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Azərbaycanın tanınmış musiqişünas-alimi, Xalq artisti Ramiz Zöhrabovun v

arrow Ətraflı
Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: like
  • 24 Apr 18:48  
Dünya Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı:

Türkiyədə, Denizlidə bir müəllim şagirdini cinsi istismar etdiyi üçü

arrow Ətraflı
"Gənclər Kuboku" 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı like
  • 24 Apr 18:42  
Digərləri "Gənclər Kuboku" 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı

"İRƏLİ" İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin dəstə

arrow Ətraflı
Qriqorçuk: "Allahı günahlandırmağa ehtiyac yoxdur" like
  • 24 Apr 18:41  
İdman Qriqorçuk: "Allahı günahlandırmağa ehtiyac yoxdur"

"Qəbələ" cari mösümdə son ev oyununda "İnter"ə 4-3 hesab

arrow Ətraflı
Akif Çovdarovun məhkəməsində şahidlər ifadə veriblər like
  • 24 Apr 18:39  
Sosial Akif Çovdarovun məhkəməsində şahidlər ifadə veriblər

Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin edilib

arrow Ətraflı
Avtomobil 11 yaşlı uşağı vurub öldürdü like
  • 24 Apr 18:36  
Digərləri Avtomobil 11 yaşlı uşağı vurub öldürdü

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat maddi yardım veriləcək like
  • 24 Apr 18:35  
Sosial İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat maddi yardım veriləcək

Leninqrad şəhərinin mühasirəsi iştirakçıları isə 500 manat alacaqlar

arrow Ətraflı
Ölən insanın necə dirilə biləcəyi like
  • 24 Apr 18:30  
Dünya Ölən insanın necə dirilə biləcəyi

Paralel dünya nəzəriyyəsinə görə insanlar öləndən sonra yaşayır

arrow Ətraflı
Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - fotolar like
  • 24 Apr 18:26  
Şou-biznes Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - fotolar

“Victoria`s Secret”in modeli Rozi Xantinqton Uaytli aktyor sevgilisi Ceyson

arrow Ətraflı