Azərbayacan yeni xüsusi təyinatlı silahlar istehsal edəcək
Siyasət 17 Dek 2015 20:11:14 659 0
Azərbaycanda NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun təcrübi-konstruktor işləri davam etdirilir.
Nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı
məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib" - bunu Müdafiə Sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, bunlardan universal və tank pulemyotlarını, tank
əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün
minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə
dayanıqlı zirehli texnikaları, BTR
və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək
olar. Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı
məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına
görə 210 dəfədən çox artıb.
Bundan başqa gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilib.