Mənzilin daxili quruluşunu hansı halda dəyişmək olar? VİDEO


Digərləri 18 Apr 2017 21:08:00 70 0

Mənzilin daxili quruluşunu hansı halda dəyişmək olar?  VİDEO

Sənəd almaq üçün bunları bilmək vacibdir

Evi daha geniş göstərmək, otaqların sayını artırmaq və daha istifadəli hala gətirmək üçün mənzilin daxili quruluşu dəyişdırilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, belə hallar yeni tikilən binalarda daha çox müşahidə edilir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı belə dəyişiklikləri etməyin mümkün olduğunu deyir. Amma bəzi dəyişikliklər var ki, onlar edilərsə, evə çıxarış alınan zaman problemlər yaşana bilər. Mənzil sahibi hər hansı otağın sahəsi hesabına digər otağı genişləndirirsə, bu zaman qayda pozuntusu etmiş sayılmır. Amma bir şərtlə ki, binanın dayaq divarlarına toxunulmasın. Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, mənzilə çıxarış yalnız binanı tikən şirkətin komitəyə təqdim etdiyi layihəyə uyğun verilir. Əgər bu layihə ilə mənzilin real vəziyyəti arasında fərq olarsa, o zaman yerli icra hakimiyyəti orqanının verdiyi sənədə baxılır. Ona görə də vətəndaş dəyişiklik etmək istədikdə eskiz layihəsi çəkdirərək müvafiq rayon icra hakimiyyətinə müraciət etməlidir. Əgər icra hakimiyyəti əməkdaşları tərəfindən hər hansı uyğunsuzluğ aşkar edilərsə, vətəndaş məhkəməyə verilir və mənzilin əvvəlki hala gətirilməsi tələb olunur.