Bakıda minik avtomobili beton səkiyə çırpılıb - FOTO


Sosial 15 Apr 2017 07:18:52 65 0

Bakıda minik avtomobili beton səkiyə çırpılıb - FOTO

Nəticədə avtomobil deformasiyaya uğrayıb

Bakının Suraxanı rayonunda minik avtomobili səkiyə çırpılıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Hava limanı yolunda baş verib.

"90-LT-782" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirərək beton səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Sürücü sərxoş olub-olmamasının yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.