Bakı Şopinq Festivalına qoşulan şirkətlər artır - endirim var!


Şou-biznes 13 Apr 2017 16:29:00 106 0

Bakı Şopinq Festivalına qoşulan şirkətlər artır - endirim var!

Bakı Şopinq Festivalına qoşulan şirkətlərin sayı gündən-günə artır.

Axşam.az-ın məlumatına görə, paytaxtmızın mərkəzində yerləşən “Pirosmani” restoranı və “Christian Dior”un Neftçilər prospektində yerləşən eyniadlı mağazası Bakı Şopinq Festivalına qoşulub.

Bu gündən etibarən, Festivalın sonunadək, mağaza müştərilərin yolunu daha sərfəli təkliflərlə gözləyəcək. Alıcılar üçün seçilmiş mallara 30%-dək endirim təklif ediləcək. Neftçilər prospektində yerləşən və üstündə “Baku Shopping Festival – Tax Free” loqosu olan “Christian Dior” mağazasında şopinq etməklə, dünyanın aparıcı brendlərindən birində alış-verış etmək imkanı Bakı Şopinq Festivalında.

“Mozaik Qrup” şirkəti də Festivala qoşularaq Azərbaycan vətəndaşları və şəhərimizin qonaqlarına mayın 10-dək Port Baku, Gənclik Mall və Park Bulvarda yerləşən “Karen Millen”, OASIS, “French Connection”, LKBennett mağazalarında seçilmiş mallara 30%-dək endirim təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Həmçinin, bu gündən “Best Comp Group” şirkəti də Bakı Şopinq Festivalında qeydiyyatdan keçərək festvala qoşulub. Bununla da “Best Comp Group”un Bakının mərkəzində ayrı-ayrı ünvanlarda yerləşən mağazaları Bakı Şopinq Festivalının iştirakçı statusunu alıblar.

Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Səməd Vurğun, 28 may, Fizuli, Atatürk küçələrində yerləşən məşhur “Bestel” və “Everbest” mağazalarında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər.

Bakı Şopinq Festivalına qoşulan “Marvel Group”un “Megamax” mağazasında endirimli günlərə start verildi. Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Metropark AVM-də yerləşən həmin mağazada daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər.“Megamax”da alıcıları böyük endirimlər və güzəştlər gözləyir. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Megamax” mağazasından seçilmiş mallara 30%-a qədər endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq. Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Megamax”da alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

“Armani Junior” mağazası bu gündən etibarən Bakı Şopinq Festivalına qoşulur! “Armani Junior”un turistlərin və Azərbaycan vətəndaşlarının axın edəcəyi məkanlardan birinə çevriləcəyi şübhəsizdir. Çünki burada seçilmiş malların qiymətləri 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Armani Junior” mağazasından alınan mallara görə ƏDV-ni geri almaq da mümkün olacaq. Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Armani Junior”da alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazalarda seçilmiş mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Best Comp Group” mağazalarında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı