Azərbaycan alimləri Kazanda türk mədəniyyəti barədə beynəlxalq konfransda iştirak edəcək


Dünya 12 Apr 2017 11:00:31 76 0

Azərbaycan alimləri Kazanda türk mədəniyyəti barədə beynəlxalq konfransda iştirak edəcək

Kazanda "Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti" I Beynəlxalq elmi konfransın plenar iclası keçiriləcək

Aprelin 13-də Kazanda "Dəyişən dünyada türk xalqlarının ənənəvi mədəniyyəti" I Beynəlxalq elmi konfransın plenar iclası keçiriləcək.

"Report" "Tatar-İnform"a istinadən xəbər verir ki, konfransın əsas məqsədi türkdilli xalqların dil, folklor, etnoqrafiya, tarix, sosial-mədəni və soaial-siyasi inkişafı problemlərini həll etmək üçün alimlərin fəallığını artırmaqdır.

Konfransda bir sıra elmi mərkəzlərin alimləri, universitet professorları, mədəniyyət mərkəzlərinin rəhbərləri, Türkiyə, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, eləcə də Rusiya regionlarının - Çuvaşıstan, Başqırdıstan, Saxa (Yakutiya), Qaraçay-Çərkəz, Altay, Dağıstan, Kabardin-Balkariyanın nümayəndələri iştirak edəcək.

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı