Prezident “süni qiymət artımına yol verilməməlidir” dedi


Digərləri 10 Apr 2017 14:48:00 100 0

Prezident “süni qiymət artımına yol verilməməlidir” dedi

“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübün&

Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.

Prezident bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb: “Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın valyta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur.Makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.

Prezident diqqətə çatdırıb ki, bu il inşaaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, ya da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi".

Bu prosesin artıq geniş vüsət aldığını, mikrarayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq baxçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq baxçası probleminin həll ediləcəyini bildirib. (APA və Report-un məlumatları əsasında)

Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı